Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-121/2023 14.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X6 onun qızıdır. X11 20 may 1996-cı il tarixdə anadan olmuş, 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində vəfat etmiş və kənd sakinlərinin iştirakı ilə kənd qəbiristanlağında dəfn olunmuşdur. Qızının öldüyü vaxt onun ölümü haqqında şəhadətnamə almamışdır. Hazırda qızının ölümü haqqında şəhadətnamə ona pay torpaq sahəsinə çıxarış alınması üçün lazımdır. O, Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qızı Rüfanənin ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, lakin həmin orqanda ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X2 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi dörd uşağı olmuş, lakin bir qız övladı 2000-ci ildə fevral ayının əvvəlində Saatlı rayonu Dədə Qorqud kəndində vəfat etmiş, həmin kənddə dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi ilə bir kənddə yaşayırlar. Ərizəçi Rüfanə adlı qızı 2000-ci ilin fevral ayının 3-də vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 şahidlər X7 və X1 ifadələrinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 20 may 1996-cı il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində anadan olmuş X2 ölümünün müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınması haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 16 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 03 fevral 2000-ci il tarixdə vəfat etmiş X2 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyindən X2 ölümünün qeydə alınmasından imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X6 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı, 20 may 1996-cı il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində anadan olmuş X2 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 may 1996-cı il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində anadan olmuş X2 03 fevral 2000-ci il tarixdə Saatlı rayonu Dədə Qorqud kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №2(055)-121/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-121/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver