Məhkəmə qərarları › İş №2(055)-123/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-123/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-123/2023 01.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1997-ci ildə keçirilən torpaq islahatı zamanı ona və ailə üzvlərinə 0.27 ha. və 0.77 ha. olmaqla cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. Bundan əlavə onlara ayrılan torpaq sahəsi az olduğundan Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən də, özü də daxil olmaqla hər bir ailə üzvünə 0.11 ha, ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə onlara verilmişdir.2021-ci ildə 0.27 ha və 0.77 ha olmaqla, ümumilikdə 1.04 ha pay torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə 3200 manata Cavabdeh satmışdır.Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə ərazisində olan və onların istifadəsinə verilmiş 0.44 ha.torpaq sahəsini isə həmin alqı-satqı zamanı Cavabdeh satmamışdır. Lakin sonradan qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını, alqı-satqı zamanı həmin torpağın deyil, ərazisi 1.04 ha olan pay torpaq sahəsini cavabdehə satdığını sonuncuya bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da və həmin torpaq sahəsi ekspert rəyi ilə təsdiq olunduğu kimi meşə fonduna aid olsa da, Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışından da göründüyü kimi 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə onun istifadəsinə verilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2021-ci ildə İddiaçı 1.04 ha pay torpağını notarial qaydada alqı-satqı yolu ilə 3200 manata almışdır. Həmin torpaq sahəsini aldığı zaman Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə sahəsində olan 0.44 ha torpaq sahəsi də iddiaçı rəsmi sənədləşmə həyata keçirilmədən ona satmışdır. Ekspertiza rəyindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi meşə fonduna aid olmaqla həmin torpağın qanuni sahibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Hüquqi cəhətdən həmin torpaq sahəsinin iddiaçıya hər hansı şəkildə aidiyyəti yoxdur. Nə vaxt Ekologiya və Təbii Sərvlətlər Nazirliyi ondan torpaq sahəsindən çıxmasını tələb etsə, o, torpaq sahəsindən çıxmağa hazırdır.Bir daha bildirir ki, o, mübahisə predmeti olan torpaq sahəsini iddiaçıdan digər torpaq sahəsi ilə birlikdə pul müqabilində almış, lakin torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından alqı-satqı etmək mümkün olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışından görünür ki, 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən hər bir ailə üzvünə 0.11 ha, ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İşdə olan 30 iyul 2021-ci il tarixli, notariat qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X1 və İddiaçı 0.7779 ha torpaq sahəsini 2000 manat müqabilində alıcı Cavabdeh satmışdır. İşdə olan 30 iyul 2021-ci il tarixli, notariat qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X1 və İddiaçı 0.2738 ha torpaq sahəsini 1200 manat müqabilində alıcı Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/5947 nömrəli rəyindən görünür ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan 0.44 ha(faktiki 0.38 ha) torpaq sahəsi dövlət mülkiyətində saxlanılan, meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsidir və Cavabdeh istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsaslarına müqavilələr, məhkəmə qərarları və bu Məcəllə ilə yol verilən digər əsaslar daxildir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan 0.44 ha(faktiki 0.38 ha) torpaq sahəsi dövlət mülkiyətində saxlanılan, meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsi olmaqla Cavabdeh istifadəsindədir.Tərəflərin heç birinin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı tələbinin əsası kimi istinad edilən halı, yəni Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışını (həmin arayışışa əsasən 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə İddiaçı istifadəsinə verilmişdir) sübut növü kimi məhkəməyə təqdim etsə də, həmin arayış sözügedən torpaq sahəsi üzərində müvafiq hüquqları təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Meşə Məcəlləsinin 16-cı maddəsinin tələblərindən göründüyü kimi, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Beləliklə, hazırki iş üzrə iddiaçının sözügedən torpaq sahəsinə münasibətdə subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.İddiaçının subyektiv hüququ olmadığına görə iddia rədd edildiyindən cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmamasının da iş üçün əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Hakim: Mirlətif Sadıqov İş № 2(055)-123/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 01 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar