Məhkəmə qərarları › İş №2(055)-1289/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1289/2024

14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1289/2024 14.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi oğlunun iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 18 iyun 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 09 yanvar 2009-cu ildə Saatlı rayonu Xanlarkənd kəndində anadan olmuş doğma X2 18 iyun 2024-cü ildə Saatlı rayonu Fətəlikənd kəndi ərazisində kanalda çimərkən suda boğularaq ölmüşdür. Oğlu X1 rayonu Nabatkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin, o, həmin vaxt Abbas Qasımzadəyə ölüm haqqında tibbi şəhadətnamə almamışdır. O, oğlu Abbas Qasımzadəyə ölüm haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etdikdə onun ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X4 onun qardaşı oğludur. Abbas kanalda çimərkən boğulmuşdur. Həmin gün o Bakıda olmuşdur. Ona zəng gəlmiş və o kədə gəlmişdir. Abbası təcili tibbi yardım amşınından o düşürmüşdür. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Saatlı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 09 yanvar 2009-cü il tarixdə Saatlı rayonu, Xanlarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Saatlı rayonu, Nabatkənd kəndində qeydiyyatda olmaqla orada yaşamış X4 18 iyun 2024-cü il tarixdə saat 16 radələrində “Sol Sahil” su kanalının Saatlı rayonu, Fətəlikənd kəndi ərazisindən keçən hissəsində qohum və həmkəndliləri ilə birlikdə çimərkən suda boğularaq ölmüşdür Abbas Qasımzadənin suda boğularaq ölməsi faktı ilə bağlı hər hansı kənar şəxs və ya şəxslərin heç bir təsiri, təqsiri və aidiyyəti müəyyən edilməmişdir. Saatlı rayon İcra Hakimiyyəti Başçısının Dədə Qorqud kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X4 18 iyun 2024-cü ildə Saatlı rayonunun Dədə Qorqud kəndində ev şəraitində vəfat etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, X3 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidin ifadəsindən göründüyü kimi ərizəçinin X2 18 iyun 2024-cü ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun X2nun 18 iyun 2024-cü ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 09 yanvar 2009-cü il təvəllüdlü X3 18 iyun 2024-cü ildə Saatlı rayonu, Fətəlikənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar