Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1374/2024 25.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 30 dekabr 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X8 anasıdır. X2 1939-cu ildə anadan olmuşdur. X8 30 dekabr 1992-ci ildə Saatlı şəhərində vəfat etmiş, Saatlı rayonu Dəllər kəndinin qəbiristanlağında dəfn olunmuşdur. Həmin vaxt anasının ölümü haqqında şəhadətnamə almamışdır. Hazırda da mərhum anası-X4 ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Lakin həmin orqanda ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Odur ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilməməyinə görə vərəsəlik məsələlərində çətinliklər çəkir. Ərizəsini müdafiə edir. Buna görə də mərhum X1 30 dekabr 1992-ci il tarixdə Saatlı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X2 onun anasıdır. Nəsirova Zərifə 30 dekabr 1992-ci ildə vəfat etmişdir. Saatlı rayonu Dəllər kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Mərhum 1992-ci ildə 32 il bundan öncə vəfat etmişdir. O mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X8 onun qayınananısıdır. Qayınanası Saatlı rayonu Dəllər kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. O, mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı şəhər sakinləri Ərizəçi, X7, X5 və X9 imzaları ilə və Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhəri üzrə nümayəndəsi X3 imzası ilə təsdiq edilmiş aktdan görünür ki, X2 30 dekabr 1992-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, X4 ölüm haqqında akt qeydi aşkar olunmamış, bu səbəbdən də, onun ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin anası X8 30 dekabr 1992-ci ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi anasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun anası X1 30 dekabr 1992-ci ildə Saatlı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1939-cu il təvəllüdlü X4 30 dekabr 1992-ci ildə Saatlı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1374/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1374/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver