Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1441/2025 27.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonunda anadan olmuş 01 noyabr 1986-cı il təvəllüdlü X10 04 avqust 2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, oğlu Namiz Zeynalov 01 noyabr 1986-cı ildə Saatlı rayonunda doğulmuş və 04 avqust 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş, Saatlı rayonu Qara Nuru kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Oğlu Namizin ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı “Asan xidmət” X7 müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığından oğlunun ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiq olunması və mərhum X10 ölümü haqqında şəhadətnamə ərizəçiyə müvafiq hüquqi sənədlərin alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayonunda anadan olmuş 01 noyabr 1986-cı il təvəllüdlü X10 04 avqust 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf 4 saylı Bakı “Asan xidmət” X5 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdır. Ərizəçinin mərhum oğlu Namiz Zeynalov 04 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və Saatlı rayonu Qara Nuru kənd qəbiristanlığında dəfn olunmuşdur. Ona görə də bir qohum və mərhumun yas məclisində iştirak edən şəxs kimi təsdiq edir ki, ərizçənin oğlu X16 04 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, mərhum X16 ilə dost olmuşdur. Onlar Bakı şəhəri Bakıxanov qəsəbəsində birlikdə kafedə işləmişlər və həmin ərəfədə Namiz Zeynalov xəstəlik keçirmiş və bu səbəblə 04 avqust 2016-cı il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Saatlı rayonu Qara Nuru kənd qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin mərhum oğlu Namiz Zeynalov 04 avqust 2016-cı ildə Bakı şəhərində xəstəlikdən vəfat etmiş və Qara Nuru kənd qəbiristanlığında dəfn olunmuşdur. Ona görə də bir qonşu olaraq yas məclisində iştirak edən şəxs kimi təsdiq edir ki, ərizçənin oğlu X16 04 avqust 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X16 01 noyabr 1986-cı ildə Saatlı rayonu Sarıcalar kəndində doğulmuş və bu barədə 14 noyabr 1986-cı il tarixdə Saatlı rayonu Sarıcalar KİN-də 89 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X6, anası Ərizəçidır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısının Qara Nuru kənd İƏD üzrə nümayəndəliyində mərhumun yaxın qohumları və kənd sakinləri olan X4, X15, X12 və X13 iştirakı ilə tərtib edilmiş 20 avqust 2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayonunda anadan olmuş X16 04 avqust 2016-cı il tarixdə vəfat etmiş və Qara Nuru kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 4 saylı Bakı “Asan xidmət” X5 10 may 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 07 may 2025-ci ildə 4 saylı Bakı “Asan xidmət” X1 Namiz Ariz oğlunun ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X10 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin oğlu X16 01 noyabr 1986-cı ildə Saatlı rayonunda doğulmuş, 04 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və Saatlı rayonuna gətirilərək Qara Nuru kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından 4 saylı Bakı “Asan xidmət” X9 ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X10 aid şəxsiyyət vəsiqəsi, Saatlı RİH başçısının Qara Nuru kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 20 avqust 2025-ci il tarixli aktı və X10 04 avqust 2016-cı ildə Bakı şəhərində ölməsi və Saatlı rayonu Qara Nuru kənd qəbiristanlığında dəfn olunmasını təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 01 noyabr 1986-cı ildə Saatlı rayonunda doğulmuş X10 04 avqust 2016-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 noyabr 1986-cı ildə Saatlı rayonunda doğulmuş X10 04 avqust 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1441/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1441/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver