Məhkəmə qərarları › İş №2(055)-1474/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1474/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1474/2024 23.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X6 24 iyul 1987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 23 iyul 1980-ci ildə X9 ilə aralarında Saatlı rayon VVAQ Şöbəsində nikah qeydə alınmışdır. Birgə nikahlarından 01 dekabr 1986-cı ildə X11 adında övladları anadan olmuşdir. X3 24 iyul 1987-ci ildə vəfat etmişdir. X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, “vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X3nın ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də, sözügedən idarə tərəfindən ona 30 oktyabr 2024-cü il tarixdə X3nın ölümünün qeydə alınmasından imtina edilməsi haqqında rəy verilmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsindən X3na aid ölüm haqqında şəhadətnaməni ala bilmir. Bunun üçün X1 ölüm faktının müəyyən edilməsi lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X11 onun qardaşı qızıdır. Zərifə 1987-ci ildə xəstəlik nəticəsində vəfat etmiş və Saatlı kənd kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfnində o, da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 və X10 da digər şahid X2 ifadəsi ilə eyniməzmunlu ifadə vermişlər. İşdə olan Saatlı rayon Bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X11 24 iyul 1987-ci ildə vəfat etmiş və Saatlı kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, X6 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X11 24 iyul 1987-ci ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı X6 24 iyul 1987-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 dekabr 1986-cı il təvəllüdlü X6 24 iyul 1987-ci ildə Saatlı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar