Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-149/2024 19.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 07 iyul 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X9 onun qardaşı olmuşdur. X20 15 mart 1980-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, atası X5, anası X10 olmuşdur. X9 07 iyul 2004-cü il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmiş və qohumları tərəfindən Saatlı rayonu Seyidlər kənd qəbristanlığında dəfn olunmuşdur. O, qardaşının ölümü haqqında şəhadətnamə alınması üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona bildirmişlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Buna görə də ona 16 noyabr 2023-cü il tarixdə X3 ölümünün qeydə alınmasından imtina haqqında rəy verilmişdir. Hazırda qardaşı X3 ölüm faktının təsdiq edilməsi mərhumun ölümü haqqında şəhadətnamə alınması və vərəsəlik məsələlərinin həlli üçün ona lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq X3 07 iyul 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. X1 da onun həmkəndlisi olmuşdur və onu tanımışdır. Davud Rzayev 2004-cü ildə Saatlı rayonu Seyidlər kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və həmçinin qonşusudur. Ərizəçinin qardaşı X7 tanımışdır. O, mərhumun öldüyü zaman, yəni 2004-cü ildə traktor sürücüsü işləmişdir. Öldüyü gün Davud Rzayev motosiklet vasitəsi ilə ot daşımış, Saatlı rayonu Seyidlər kəndində onun idarə etdiyi traktordan öndə yolda gedərkən idarəetməni itirmiş və şor su kanalına düşmüşdür. Mərhum Saatlı rayonu Seyidlər kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 16 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X9 15 mart 1980-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 16 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 07 iyul 2004-cü il tarixdə vəfat etmiş qardaşı X3 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən X3 ölümünün qeydə alınmasından imtina olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Seyidlər kənd İƏD-si üzrə nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli aktından görünür ki, Saatlı rayonu Seyidlər kənd İƏD-si üzrə nümayəndə X4, Seyidlər kənd Bələdiyyə sədri X8 və Seyidlər kənd sakini Ərizəçi birlikdə akt tərtib edərək Seyidlər kənd sakini X1nun həqiqətən 07 iyul 2004cü il tarixdə Seyidlər kəndində vəfat etdiyini və kənd qəbirstanlığında dəfn edildiyini öz imzaları ilə təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Seyidlər kənd İƏD üzrə nümayəndəsinin 16 noyabr 2023-cü il tarixli 227 saylı arayışından görünür ki, X1 1980-ci ildə Qaracalar kəndində anadan olmuşdur. 07 iyul 2004-cü il tarixdə vəfat etmişdir. Mərhum Saatlı rayon Seyidlər kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Seyidlər kənd İƏD-si üzrə nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli aktı, Seyidlər kənd İƏD üzrə nümayəndəsinin 16 noyabr 2023-cü il tarixli 227 saylı arayışı və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin qardaşı X9 07 iyul 2004-cü il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qardaşının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Seyidlər kənd İƏD-si üzrə nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli aktını, Seyidlər kənd İƏD üzrə nümayəndəsinin 16 noyabr 2023-cü il tarixli 227 saylı arayışını və şahid ifadələrini ərizəçinin qardaşı X3 07 iyul 2004cü il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qardaşı, 15 mart 1980-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş X3 07 iyul 2004-cü il tarixdə Saatlı rayonu Seyidlər kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 15 mart 1980-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş X3 07 iyul 2004-cü il tarixdə Saatlı rayonu Seyidlər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-149/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-149/2024
19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver