Məhkəmə qərarları › İş №2(055)-157/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-157/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-157/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi İddiaçı, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxslər X6, X7, X8 və X3 iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.47 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin alınmasına görə verilmiş 4000 manat və torpağa çəkilmiş xərcə görə 1000 manat pulun alınaraq ona verilməsi, hər iki iddia tələbinin təmin olunacağı təqdirdə qarşılıqlı iddianın ilk iddia ilə eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddanı isə qismən qəbul edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.2398 ha torpaq sahəsi verilmişdir. Qeyd etdiyi torpaq sahəsini 2018-ci ildə 600 manat müqabilində Cavabdeh icarəyə vermişdir.Hazırda həmin torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Lakin Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh torpaq sahəsindən çıxmayacağını bildirmişdir. O da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, Saatlı rayonu, Qara Nuru kənd bələdiyyəsi tərəfindən təsdiqlənmiş torpaq alqı-satqı müqaviləsindəki imzalar ona və ailə üzvlərinə məxsus olsa da, müqaviləyə imza edəndə məzmununu oxumadan imza etdiklərindən müqavilənin icarə deyil, alqı-satqı olmasından məlumatsız olmuşlar. Sonradan bilmişlər ki, sözügedən müqavilə alqısatqı barədə bağlanmışdır. Bundan əlavə qarşılıqlı iddiaçı tərəfindən onlara 4000 manat deyil, cəmi 600 manat pul verilmişdir. Həmçinin qarşılıqlı iddianın torpağa çəkilmiş xərcə görə 1000 manat pul tələbi hissəsini qəbul etmir. Çünki qarşılıqlı iddiaçı uzun müddətdir ki, torpaq sahəsini əkib-becərir və kifayət qədər gəlir əldə etmişdir. Yekun olaraq qarşılıqlı iddianı 600 manat həcmində qəbul edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.47 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxslər X6, X7, X8 və X5 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatına oxşar məzmunda izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, İddiaçı dəfələrlə onun və ailə üzvülərinin mülkiyyətində olan 0.47 hektar pay torpaq sahəsini ona satmaq istədiyini və ailə üzvlərinin də buna razı olduğunu bildirdiyindən o da təklifi qəbul edərək onunla razılaşmışdır. 25 dekabr 2018-ci ildə 0.47 hektar torpaq sahəsini İddiaçı və onun ailə üzvləri olan X5 və X6 ona 4000 manata satıblar. 25 dekabr 2018-ci ildə aralarında 0.47 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqavilə Saatlı rayon Qara Nuru kənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. O vaxtdan həmin torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsindən istifadə və mülkiyyətlə bağlı, ilk iddia üzrə iddiaçı və ailə üzvləri ilə aralarında heç bir narazlıq olmamışdır. Təhsili olmadığı üçün rəsmi olaraq notariat orqanı vasitəsi ilə alqı-satqı müqaviləsi bağlamamış, torpağın rəsmi olaraq onun mülkiyyətində olduğunu hesab etmişdir. Sözügedən torpaq sahəsini almasını bütün rayon əhalisi bilir. Artıq 7 ildir ki, həmin torpaq sahəsi ilə bağlı bütün səlahiyyətləri həyata keçirir. Həmin sahədə irriqasiya və melorasiya işləri görmüş, su kanalı çəkmiş, sahənin şor kollektorunu və digər drenaj şəbəkəsini təmizlətdirmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ilk İddiaçı torpağın alqısatqısına görə ödənilmiş 4000 manatın və torpağa çəkilmiş xərcə görə 1000 manatın alınıb ona verilməsi, hər iki iddia tələbinin təmin olunacağı təqdirdə qarşılıqlı iddianın ilk iddia ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 25 dekabr 2018-ci il tarixli, Saatlı rayonu Qara Nuru kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcılar X5, İddiaçı və X6 mülkiyyətlərində olan 0.47 hektar torpaq sahəsini alıcı Cavabdeh 4000 manat müqabilində satmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışla Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0.47 hektarı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz sahibliyində olduğundan İddiaçı mülkiyyətçi kimi Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmasını və torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia tələbinə gəlincə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı torpağın alınmasına görə verdiyi 4000 manat və torpağa çəkdiyi xərcə görə 1000 manat pul tələb edir. İlk İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında Saatlı rayonu, Qara Nuru kənd bələdiyyəsi tərəfindən təsdiqlənmiş torpaq alqı-satqı müqaviləsindəki imzaların ona və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, müqaviləyə imza edəndə məzmununu oxumadan imza etdiklərindən müqavilənin icarə deyil, alqı-satqı olmasından məlumatsız olduqlarını,sonradan sözügedən müqavilənin alqı-satqı barədə bağlandığını öyrəndiklərini, bundan əlavə qarşılıqlı iddiaçı tərəfindən onlara 4000 manat deyil, cəmi 600 manat pul verildiyini göstərsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə qarşılıqlı iddianı 4000 manat pul hissəsində əsaslı hesab edir. Torpaq sahəsinə çəkilmiş xərcə görə 1000 manat pul tələb olunmasına gəlincə, bu barədə mötəbər sübutlar olmadığından məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.2398 ha torpaq sahəsinin 0.47 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahəsindən çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməklə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4000 manat pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı, İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 100 manat, Cavabdeh isə 70 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.2398 ha torpaq sahəsinin 0.47 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4000(dörd min) maant pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-157/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi İddiaçı, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxslər X6, X7, X8 və X3 iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat tarixi 16 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.2398 ha torpaq sahəsinin 0.47 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4000(dörd min) maant pul alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia və qarşılıqlı iddia eyni vaxtda icra edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar