Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-158/2025 03.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının aktibi X14, Birinci mülki iş üzrə iddiaçı, ikinci mülki iş üzrə cavabdeh İddiaçı, Birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçı Cavabdeh, İkinci mülki iş üzrə cavabdeh X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə və iddiaçı Cavabdehlər İddiaçı, X5 və X9 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı, X1 və X4 7000 manat pulun və 90 manat dövlət rüsumunun, cəmi 7090 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim Mirlətif Sadıqov) xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı, X5 və X9 qarşı pul tələbinə dair 2(055)-276/2025 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair 2(055)-158/2025 saylı mülki işə birləşdirilmişdir. Məhkəmə baxışı zamanı birinci mülki iş üzrə iddiaçı, ikinci mülki iş üzrə cavabdeh İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Saatlı rayonu Qara Nuru kəndində yerləşən 1.2398 hektar kənd təsərrüfatı təyinatla torpaq sahəsi onun, X6, X10, X2, X15 və X3 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0.80 hektarını əkib becərmək üçün 25 dekabr 2018-ci ildə cavabdehə iki il müddətinə icarəyə vermişlər. Cavabdeh icarə haqqı olaraq ona həmin vaxt 500 manat pul vermişdir. İki il tamam olandan sonra cavabdehdən torpağı geri qaytarmasını xahiş etmişlər. Hər dəfə də cavabdeh demişdir ki, hazırda pulu yoxdur. Olan kimi icarə haqqı verəcəkdir. Sonradan bilmişdir ki, cavabdeh onlara icarə müqaviləsinin əvəzində torpaq alqı-satqısı müqviləsinə imza etdirmiş və həmin məbləği 7000 manat qeyd etmişdir. Hazırda isə o, ümumi birgə mülkiyyətlərinə verilmiş pay torpaq sahəsini özü əkib-becərmək istəyir. O, ümumi birgə mülkiyyətlərində olan 0.80 hektar pay torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsini dayandıraraq oradan çıxmasını cavabdehdən xahiş və tələb etsə də bunun heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alınaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Digər iddia ilə bağlı isə onun göstərdi ki, onlar iddiaçı Cavabdeh 7000 manat pul almamışlar. İddiaçı onları aldadaraq icra müqaviləsi adı ilə alqı-satqı müqaviləsinə qol şəkdirmişdir. Göstərdiklərini digər iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı ikinci mülki iş üzrə cavabdeh X16 da İddiaçı verdiyi izahata uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçı Cavabdeh iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, mübahisəli torpaq sahəsini 2009-cu il də almışdır. Həmin vaxtı o, Rusiya Federasiyasında olduğundan anası 3500 manat pulu iddiaçının əri Akifə vermişdir. Sonra o, Azərbaycana gəlmişdir. 2016-2018-ci illərdə isə o, özü şəxsən 1000 manat bir, 1000 manat bir, sonda isə 1500 manat verərək toplamda 7000 manat pulu Akifə vermişdir. Sonuncu dəfə o, 1500 manat pulu verəndə Akif ona demişdir ki, gedək Asan xidmətə notariat qaydada alqı-satqı etsinlər. O, da xidmət haqqı üçün pulu olmadığı notarisa gedə bilməmişdir. Kənd bələdiyyəsində müqavilə bağlayaraq alqı-satqı etmişlər. Müqavilənin doğruluğunu cavabdehlər və o imzaları ilə təsdiq etmişlər, Bələdiyyənin sədridə möhürlə təsdiq etmişdir. Göstərilənlərə əsasən, iddiasının təmin edilməsi, digər mülki iş üzrə isə iddia tələbinin təmin edilməyərək rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X23 izahatında bildirmişdir ki, ona təqdim olunmuş 25 dekabr 2018-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalanmasında o, da iştirak etmişdir. Belə ki, həmin dövrdə o, Saatlı rayon X19 sədri vəzifəsində işləmişdir. Həmin vaxt Akif ona bildrimişdir ki, torpaq sahəsi satıb, bununla bağlı müqavilə yazmaq lazımdır. O, Akifə bildirmişdir ki, müqaviləni kənd icra nümayəndəliyində tərtib etdirib gətirsin, sonra təsdiq edər. Akif də müqaviləni tərtib edib gətirmişdir. Həmin vaxt Cəmilə, onların oğlu Elsəvər və Əlizamində bələdiyyəyə gəlmişlər. Onların iştirakı ilə müqaviləni oxumuş, onlar müqaviləni imzalamış və o, da bələdiyyənin möhürü ilə müqaviləni təsdiq etmişdir. Həmin vaxtı Əlzamin Akifgilə pul verməmişdir. Lakin Akif bildirmişdir ki, onlar pulu əvvəldən almışlar və bu barədə razılaşmışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin (X17, X18, X11, X20, X12) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0091, KOD 90806018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli 04 saylı qərarı ilə X16, İddiaçı, X6, X13, X7 və X8 ümumi birgə mülkiyyətinə 2.44 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan 25 dekabr 2018-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X16, İddiaçı və X17 JN 0091 dövlət aktında göstərilən torpaq sahəsinin 0.80 hektar olan hissəsini 7000 manat müqabilində alıcı Cavabdeh satmışlar. Tərəflər müqaviləni imzalamışlar və həmin müqavilə Saatlı rayon X19 möhürü ilə təsdiq edilmişdir. Məhkəmə birinci mülki iş üzrə iddiaçı, ikinci mülki iş üzrə cavabdehin, birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçının və ikinci mülki iş üzrə cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, həm birinci mülki iş üzrə, həm də ikinci mülki üzrə iddialar əsaslı olduğundan təmin edilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli 04 saylı qərarına əsasında JN 0091, KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X16, İddiaçı, X6, X13, X7 və X8 ümumi birgə mülkiyyətinə 2.44 hektar pay torpaq sahəsi verilmişdir. 25 dekabr 2018-ci il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən satıcılar X16, İddiaçı və X17 JN 0091 dövlət aktında göstərilən torpaq sahəsinin 0.80 hektar olan hissəsini 7000 manat müqabilində alıcı Cavabdeh satsalar da həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olmamış, yəni müqavilə notariat qaydasında rəsmiləşdirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdehin özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.44 hektar torpaq sahəsinin 0.80 hektar hissəsindən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçının istifadəsinin dayandırılmaqla həmin torpaq sahəsindən çıxarılmasını tələb etməsi haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında 25 dekabr 2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olmasa da, bu müqavilə alıcı Cavabdeh satıcılara 7000 manat pul verməsini təsdiq edən mötəbər subut kimi qəbul edilməlidir. Hazırda Cavabdeh mübahisəli torpaq sahəsinin alınması üçün verdiyi 7000 manat pulu cavabdehlər İddiaçı, X1 və X4 tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci mülki iş üzrə iddia təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.80 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və cavabdeh həmin torpaq sahəsidən çıxarılmalı, ikinci mülki iş üzrə iddia təmin edilməklə, cavabdehlər İddiaçı, X1 və X4 7000 manat pul müştərək qaydad alınaraq iddiaçı Cavabdeh verilməli, hər iki iddia eyni vaxtda icra olunmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, 90 manat dövlət rüsumu isə İddiaçı, X1 və X4 müştərək qaydada alınaraq Cavabdeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Birinci mülki iş üzrə iddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.80 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsidən çıxarılsın. İkinci mülki iş üzrə iddia təmin edilsin Cavabdehlər İddiaçı, X1 və X4 7000 manat pul müştərək qaydad alınaraq iddiaçı Cavabdeh verilsin Hər iki iddia eyni vaxtda icra olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin, 90 manat dövlət rüsumu isə İddiaçı, X1 və X4 müştərək qaydada alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-158/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-158/2025
03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver