Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1797/2025 27.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 29 may 2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 10 aprel 1971-ci i ildə Saatlı rayonu Qırağlı kəndində anadan olmuş qardaşı X8 29 may 2009-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş və Saatlı rayonu Mustafabəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin, o, həmin vaxt qardaşı X6 ölüm haqqında şəhadətnamə almamışdır. O, qardaşı Qafur Fərmanova ölüm haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etdikdə onun ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, X8 onun dayısı oğludur. Qafur 2009-cu ildə Moskva şəhərində vəfat etmişdir. Onun dəfnində və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 da digər şahid X1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Saatlı RİHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 dekabr 2025-ci il tarixli aktdan görünür ki, X8 29 may 2009-cu ildə vəfat etmiş və Saatlı rayon Mustafabəyli kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli rəydən görünür ki, X3 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Moskva şəhər səhiyyə departamenti “Moskva şəhəri səhiyyə departamenti A.K.Yeramişantsev adına şəhər klinik xəstəxanası” Moskva şəhəri dövlət büdcə səhiyyə müəssisəsinin verdiyi xx.xx.2025-ci il tarixli 8776 nömrəli arayışda qeyd edilmişdir ki, Ərizəçi xx.xx.2009-cu il tarixdə “Polinarkomaniya. Narkotik vasitələrin venadaxilinə yeridilməsi” diaqnozu ilə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidin ifadəsindən göründüyü kimi ərizəçinin qardaşı X8 29 may 2009-cu ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qardaşının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qardaşı X3 29 may 2009-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 10 aprel 1971-ci il təvəllüdlü X3 29 may 2009-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1797/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1797/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver