Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1848/2025 08.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayonu Otuziki kəndində anadan olmuş 01 iyul 1958-ci il təvəllüdlü anası X2nın 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası X9 01 iyul 1958-ci ildə İmişli rayonu Otuziki kəndində doğulmuş və 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Mərhum X1 rayonu Otuziki kəndində kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Anası Nərminənin ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi X2na ölüm haqqında şəhadətnamə alınması, dəfn pulunu almaq və vərəsəlik işi üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq İmişli rayonu Otuziki kəndində anadan olmuş 01 iyul 1958-ci il təvəllüdlü X4 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı şəxs Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, mərhumun qardaşıdır. Ərizəçinin anası Nərminənin dəfn və yas mərasimində iştirak etmişdir. Ona görə də təsdiq edir ki, ərizçənin anası X2 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçinin anası X2 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində xəstəlikdən vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, ərizəçinin qohumudur, X2 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində xəstəlikdən vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 01 iyul 1958-ci ildə İmişli rayonu Otuziki kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 noyabr 2000-ci il tarixdə Saatlı rayonu Sarıcalar kəndində anadan olmuş, atası X8 və anası X7r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, Sarıcalar kənd İƏD üzrə nümayəndəsinin müavininin, Sarıcalar kənd İƏD üzrə nümayəndəliyinin mühasibinin və mərhumun oğlu Ərizəçi iştirakı ilə tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayonu Sarıcalar qəsəbəsində qeydiyyatda olan mərhum 01 iyul 1958-ci il təvəllüdlü X1 rayonu Otuziki kəndində anadan olmuş, 30 oktyabr 2025-ci il tarixdə İmişli rayonu Otuziki kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 21 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, Alışov X12 rayon Qeydiyyat Şöbəsinə anası X2nın ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin anası X9 01 iyul 1958-ci ildə İmişli rayonu Otuziki kəndində doğulmuş, 30 oktyabr 2025-ci ildə İmişli rayonu Otuziki kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi anasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Sarıcalar kənd İƏD tərəfindən tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli aktı və 30 oktyabr 2025-ci ildə İmişli rayonu Otuziki kəndində ölməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 01 iyul 1958-ci ildə İmişli rayonu Otuziki kəndində doğulmuş X4 30 oktyabr 2025-ci ildə İmişli rayonu Otuziki kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 iyul 1958-ci ildə İmişli rayonu Otuziki kəndində doğulmuş X4 30 oktyabr 2025-ci ildə İmişli rayonu Otuziki kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1848/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1848/2025
08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver