Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1895/2025 12.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi “barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişinin 1.2ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə evlənib ailə həyatı qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların bu nikahından 28 may 2018-ci ildə X4 və 01 sentyabr 2020-ci ildə X5 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Bundan sonra, Sabirabad 1 saylı Mediasiya təşkilatında mediasiya mərhələsində Maraqlı şəxs ilə onun qarşılıqlı razılığı əsasında aralarında 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 1.2-ci bəndinə əsasən barışıq sazişinin ikinci tərəfi olan Maraqlı şəxs öhdəlik olaraq üzərinə götürmüşdür ki, 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2025-ci ilin yanvar ayının beşindən başlanaraq bir uşaq üçün 175 manat olmaqla iki uşaq üçün 350 manat sabit pul məbləğində alimenti barışıq sazişinin birinci tərəfinə, yəni onun xeyrinə ödəyəcək. Lakin maraqlı şəxs sazişin 1.2-ci bəndinin şərtini pozaraq alimenti vaxtında ödəməmiş, ödənilmiş alimenti də tam ödəməmiş, son iki ayda isə alimenti ödəməkdən yayınmışdır. Maraqlı şəxs alimentin ödənilməsini tələb etdikdə müxtəlif bəhanələr gətirərək barışıq sazişi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi barədə ərizəsinin təmin edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Maraqlı şəxs ərizəni qismən etiraf edərək izahatında göstərdi ki, Ərizəçi ilə aralarında olan narazılığa görə ayrıldıqdan 15-20 gün sonra onunla Ərizəçi arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 29 dekabr 2024cü il tarixli barışıq sazişinə əsasən 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2025-ci ilin yanvar ayının beşindən başlanaraq bir uşaq üçün 175 manat, iki uşaq üçün 350 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməlidir. O, yük maşının sürücüsü işləməsinə və maddi vəziyyətinin heç də yaxşı olmamasına baxmayaraq barışıq sazişi bağlandıqdan sonra son iki ayadək aliment pulunu, alimentdən əlavə uşaqların digər ehtiyaclarını, hətta uşağı xəstələndiyində onun müalicə pulunu özü ödəmişdir. Lakin, iki ay bundan əvvəl sürücülük fəaliyyətində dayanmalar olduğuna görə və maddi vəziyyəti ilə əlaqədar ödəməli olduğu aliment borcundan 520 manatı ödəyə bilməmişdir. Odur ki, Ərizəçi onun barəsində verdiyi izahatla razılaşmır. Buna baxmayaraq Ərizəçi “barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişindən görünür ki, barışıq sazişinin 1.1-ci bəndinə əsasən barışıq sazişinin birinci tərəfi - Ərizəçi, 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020-ci ildə doğulmuş X2 barışıq sazişinin ikinci tərəfi - ata Maraqlı şəxs ilə öncədən məlumat vermək şərti ilə ayda 2 dəfə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən barışıq sazişinin ikinci tərəfi olan Maraqlı şəxs öhdəlik olaraq üzərinə götürmüşdür ki, 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2025-ci ilin yanvar ayının beşindən başlanaraq bir uşaq üçün 175 manat olmaqla iki uşaq üçün 350 manat sabit pul məbləğində alimenti barışıq sazişinin birinci tərəfinə, yəni onun xeyrinə ödəyəcək. Barışıq sazişinin 1.3-cü bəndinə əsasən yuxarıda qeyd edilən şərtlər pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında aliment ödənilməsi ilə bağlı barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişi imzalandıqdan sonra barışıq sazişinin ikinci tərəfi olan Maraqlı şəxs öhdəlik olaraq üzərinə götürdüyü aliment ödənişini son iki ayda icra etmədiyindən barışıq sazişinin birinci tərəfi olan Ərizəçi barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişinin 1.2-ci bəndi son iki ayda icra edilməmişdir. Məhkəmə baxışında da işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi və maraqlı şəxs mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxs arasında 29 dekabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad 1 saylı Mediasiya təşkilatında mediasiya mərhələsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanan 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişinin 1.2ci bəndi, yəni 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2025-ci ilin yanvar ayının beşindən başlanaraq Maraqlı şəxs bir uşaq üçün 175 manat olmaqla iki uşaq üçün 350 manat sabit pul məbləğində alimentin alınaraq Ərizəçi xeyrinə ödənilməsi hissəsi təsdiq edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatında mediasiya mərhələsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanan 29 dekabr 2024-cü il tarixli, MŞS/MT024/2024-02498 saylı barışıq sazişinin 1.2-ci bəndi, yəni 28 may 2018-ci ildə doğulmuş X1 və 01 sentyabr 2020ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2025-ci ilin yanvar ayının beşindən başlanaraq Maraqlı şəxs bir uşaq üçün 175 manat olmaqla iki uşaq üçün 350 manat sabit pul məbləğində alimentin alınaraq Ərizəçi xeyrinə ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Məhkəmədə ərizə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1895/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1895/2025
12.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver