Məhkəmə qərarları › İş №2(055)-2/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-2/2025

28.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-2/2025 28.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin 0.02 ha hissəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq oradan çıxarılması, qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN- 601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.07 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Birgə mülkiyyətçilərdən olan anası X5 22 iyul 2016-cı ildə vəfat etmişdir. Digər birgə mülkiyyətçi isə qardaşı X8r(şəhadətnamədə X4 qeyd edilmişdir). Cavabdeh həmin torpaq sahəsinin 0.02 ha hissəsini zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehə torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını və həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, müsbət nəticə olmamışdır. JN-601F, KOD 90801004 saylı şəhadətnamə əsasında mülkiyyət verilmiş 0.07 ha torpaq sahəsinin faktiki olaraq şəhadətnamədə göstəriləndən az olması onun təqsiri deyil. O, müvafiq şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin tam şəkildə ona təhvil verilməsini istəyir.Ona görə də iddia tələbini əsaslı hesab edir.Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********23-10301, qeydiyyat tarixi 21 may 2019cu il olan çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində 0.06026 ha torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsindən istifadə edir. Bununla yanaşı, 05 may 2003-cü il tarixdə İddiaçı mərhum anası X1 0.05 ha torpaq sahəsi almış və həmin vaxt sözügedən torpaq sahəsinin satılması ilə bağlı mərhum Xalidə Əliyevanın müraciətinə əsasən Saatlı şəhər İH başçısının Saatlı şəhər İƏDN tərəfindən 06 may 2003-cü il tarixdə onun adına 0.05 ha torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikilməsi barədə sərəncam verilmişdir. Qeyd etdiyi torpaq sahəsi isə göründüyü kimi bələdiyyə mülkiyyətində olmaqla iddiaçının iddia etdiyi torpaq sahəsi ilə əlaqəsi yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimov şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, mütəxəssis rəyi verilməsi üçün iş üzrə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN-601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturada plana alınaraq kameral şəraitdə elektron kadastr məlumat bazasında və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Bu zaman JN-601F, KOD 90801004 saylı şəhadətnaməyə əsasən torpağın sahəsi 0.07 ha göstərilsə də, ölçmə işləri aparılarkən torpağın faktiki sahəsinin 0.07 ha(603 kv.m) olduğu müəyyən edilmişdir.Ümumiyyətlə, sözügedən torpaq sahəsi faktiki olaraq dördbucaqlı şəklində olduğu halda şəhadətnamədə fərqli şəkildə işarələnmişdir Hətta torpaq sahəsini sırf şəhadətnamədə göstərilən parametrlərlə naturada müəyyən etdikdə torpağın bir hissəsi digər qonşunun evinin üstünə düşür. Ümumilikdə isə qeyd edir ki, İddiaçı verilən torpaq sahəsi faktiki olaraq yerində müəyyən edildikdə daha az, yəni 0.06 hektardır.Mütəxəssis olaraq tədqiqat zamanı torpaq sahəsini şəhadətnamə ilə tutuşdurduqda həmin çatışmayan 0.01 ha torpaq sahəsi təxminən Cavabdeh istifadəsində olan və elektron bazada bələdiyyə mülkiyyəti kimi qeyd edilmiş torpaq sahəsinə düşdüyündən rəydə İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin 0.01 ha hissəsinin Cavabdeh istifadəsində olduğunu qeyd etmişdir. Lakin bir daha bildirir ki, Cavabdeh istifadəsində olan 0.01 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissəsi zəbt edilməmişdir. Hazırki halda Cavabdeh istifadə etdiyi 0.01 ha torpaq sahəsi elektron bazada bələdiyyə mülkiyyətinə aid yer kimi göstərilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı şəhər bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-601F, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən Saatlı şəhəri ərazisində yerləşən 0.07 ha kənd həyətyanı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 22 iyul 2016-cı ildə vəfat etmişdir. İşdə olan Saatlı şəhər İcra Hakimiyyəti başçısının İnzibati Ərazi vahidi üzrə nümayəndəsinin 06 may 2023-cü il tarixli sərəncamından görünür ki, həmin sərəncama əsasən Saatlı şəhəri M.F.Axundov küçəsində yaşayan X2 müraciəti nəzərə alınaraq Cavabdeh Xalidə Əliyevadan aldığı 0.05 ha həyətyanı torpaq sahəsinin sonuncunun adına keçirilməsinə və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməsinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/6938 nömrəli rəyindən görünür: - Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN-601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin 0.06 hektarı(603 kv.m) faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsində, 0.01 hektarı cavabdeh X3 istifadəsindədir. Belə ki, Cavabdeh istifadəsində olan 0.01 hektar(100 kv.m) torpaq sahəsinə dair iddia edərək bildirir ki, 05 may 2003-cü il tarixdə İddiaçı mərhum anası X1 0.05 ha torpaq sahəsi almış və həmin vaxt sözügedən torpaq sahəsinin satılması ilə bağlı mərhum Xalidə Əliyevanın müraciətinə əsasən Saatlı şəhər İH başçısının Saatlı şəhər İƏDN tərəfindən 06 may 2003-cü il tarixdə Cavabdeh adına 0.05 ha torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikilməsi barədə sərəncam verilmişdir. - Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN-601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********23-10301, qeydiyyat tarixi 21 may 2019cu il olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.06026 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin 0.01 hektarı cavabdehin adına tərtib edilmiş texniki pasportda ştrixlə göstərilən və faktiki olaraq onun istifadəsində olan 0.0540 ha torpaq sahəsi ilə üst-üstə düşür. - İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində 984 kv.m həyətyanı torpaq sahəsi olmuşdur. Bundan 704 kv.m (0.07 hektarı) JN-601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş, 280 kv.m bələdiyyə mülkiyyəti kimi istifadələrində saxlanılmışdır.İddiaçının mərhum anası X5 0.05 ha(500 kv.m) torpaq sahəsini Cavabdeh satmışdır.Həmçinin Cavabdeh həyətyanı torpaq sahəsinə şimal tərəfdən birləşmiş mərhum X1 0.05 ha(500 kv.m) torpaq sahəsi almağına baxmayaraq, həmin ərazidə faktiki torpaq sahəsi 0350 ha (350 kv.m) təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı Əliyev X10 rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin 0.02 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsində olduğunu əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müəraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müvafiq şəhadətnamə əsasında İddiaçı ayrılmış torpaq sahəsi faktiki olaraq daha az, yəni 0.06 hektardır. Torpaq sahəsi şəhadətnamə ilə tutuşdurulduqda əskik gələn 0.01 ha torpaq sahəsi Cavabdeh istifadəsində olan və elektron bazada bələdiyyə mülkiyyəti kimi qeyd edilmiş torpaq sahəsinə düşdüyündən mütəxəssis rəyində İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin 0.01 ha hissəsinin Cavabdeh istifadəsində olduğunu qeyd edilmişdir. Halbuki Cavabdeh istifadəsində olan 0.01 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və belə olan halda Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissəsi zəbt edilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı cavabdehin istifadəsində olan və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.Bu hüquqa torpaq mülkiyyətçisi kimi Saatlı şəhər bələdiyyəsi malikdir. Ona görə də iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 103.1-103.2-ci maddələrinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/6938 nömrəli rəyi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN- 601F, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin 0.01 hektarının Cavabdeh istifadəsində olması hissəsinə sübut kimi qiymətləndirilməməsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə mühəndistexniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc iddiaçıya aid edilsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-2/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 fevral 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc iddiaçıya aid edilsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar