Məhkəmə qərarları › İş №2(055)-256/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-256/2024

12.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-256/2024 12.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Qardaşəli oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Qardaşəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qardaşəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki işin məhkəmə hazırlıq iclası zamanı İddiaçı Qardaşəli oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Qardaşəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Qardaşəli oğlunun məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Qardaşəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Qardaşəli oğlunun ödədiyi 100(bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Qardaşəli oğluna qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar