Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-259/2023 17.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X5 onun qızı olmuşdur. X12 11 aprel 1995-ci il tarixdə anadan olmuş, 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində xəstəlikdən vəfat etmiş və kənd qəbiristanlağında dəfn olunmuşdur. Qızının öldüyü vaxt onun ölümü haqqında şəhadətnamə almamışdır. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. O, Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qızı Rənanın ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X2 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi oğlu və qonşusudur. Ərizəçi Rəna İslamova adlı övladı 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində xəstəlikdən vəfat etmiş, həmin kənddə dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğlu və qonşusudur. Ərizəçi üç uşağı olmuş, onlardan bir nəfər Rəna adlı qızı 15 sentyabr 1999-cu vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 08 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 15 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X2 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyindən X2 ölümünün qeydə alınmasından imtina olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 aprel 1995-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2023-cü il tarixli aktdan görünür ki, Saatlı rayonu Şirinbəyli kənd sakinləri X3, X8, X6, X7 və X4 birlikdə akt tərtib edərək X2 15 sentyabr 1999-cu il tarixdə xəstəlikdən Saatlı rayonu Şirinbəyli kəndində vəfat etməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X5 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı, 11 aprel 1995-ci il təvəllüdlü X2 15 sentyabr 1999cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 11 aprel 1995-ci il təvəllüdlü X2 15 sentyabr 1999-cu il tarixdə Saatlı rayonu Şirinbəy kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-259/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-259/2023
17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver