Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-276/2024 27.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 12 avqust 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Nəcməddin Quliyev onun oğludur. X4 14 mart 1997-ci ildə anadan olmuş, 12 avqust 1998-ci ildə vəfat etmiş və Saatlı rayonunun Əlisoltanlı kəndinin kənd qəbristanlağında dəfn olunmuşdur. Həmin vaxt oğlunun ölümü haqqında şəhadətnaməsini almamış, hazırda da mərhum oğlu-X2 ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmiş, lakin həmin orqanda ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Fakt təsdiqi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum X4 onun qardaşı Qəfərin oğludur. Qardaşı oğlu Nəcməddin 12 avqust 1998-ci il tarixdə vəfat etmiş və Saatlı rayonunun Əlisoltanlı kəndinin kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 və X8 da digər şahid X3 ifadəsi ilə eyniməzmunlu ifadə verdilər. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı rayon Bəylər kənd İƏD üzrə nümayəndəliyinin 13 dekabr 2023-cü il tarixli aktından görünür ki, mərhum X4 12 avqust 1998ci ildə Saatlı rayonunun Bəylər kəndində ev şəraitində vəfat etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X4 08 aprel 1997-ci ildə anadan olmuş, atası Ərizəçi, anası X1r. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli rəydən görünür ki, X2 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatı və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin oğlu X4 12 avqust 1998-ci Saatlı rayonunun Bəylər kəndində vəfat etmiş və Saatlı rayonunun Əlisoltanlı kəndinin kənd qəbristanlığnda dəfn edilmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun oğlu X2 12 avqust 1998-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 14 mart 1997-ci il təvəllüdlü X2 12 avqust 1998-ci ildə Saatlı rayonunun Bəylər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mirlətif Sadıqov İş № 2(055)-276/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 14 mart 1997-ci il təvəllüdlü X2 12 avqust 1998-ci ildə Saatlı rayonunun Bəylər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-276/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-276/2024
27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver