Məhkəmə qərarları › İş №2(055)-287/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-287/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-287/2025 03.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonunda anadan olmuş 15 iyul 1939-cu il təvəllüdlü X3 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, 15 iyul 1939-cu ildə Saatlı rayonunda doğulmuş dogma bacısı X9 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində xəstəlikdən vəfat etmişdir. Mərhum X1 rayonu Ağarəhimli qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Bacısı Zərbikənin ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi ona X2na ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayonunda anadan olmuş 15 iyul 1939-cu il təvəllüdlü X3 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı şəxs Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır və onun mərhum bacısı X9 ilə qonşu yaşamışlar. Həqiqətən də ərizəçinin bacısı Zərbikə xanım 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir və Ağarəhimli qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçi, mərhum Ərizəçi uzun illərin qonşusu kimi yaxşı tanıyır. X10 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində vəfat etmişdir və Ağarəhimli qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum X7 tanıyır və onunla qonşu olmuşdur. Ərizəçi mərhum Zərbikənin bacısıdır. X10 isə 08 dekabr 2024-cü il tarixdə Saatlı şəhərində yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Ağarəhimli qəbiristanlığında dəfn olunmuşdur. O, qonşu kimi mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş seriya AZE 03775552 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 15 iyul 1939-cu ildə Saatlı rayonu Saatlı kəndində doğulmuşdur. Saatlı şəhəri M.Şəfi küçəsi, ev 48-də qeydiyyatda olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 21 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon Qeydiyyat Şöbəsinə bacısı X3 ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı bələdiyyəsinin 21 yanvar 2025-ci il tarixli, 14 saylı arayışından görünür ki, Ərizəçi mərhum bacısı Ərizəçi 08 dekabr 2024-cü il tarixdə vəfat etmişdir və Saatlı şəhəri Ağarəhimli qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin bacısı X9 15 iyul 1939-cu ildə Saatlı rayonunda doğulmuş, 08 dekabr 2024-cü ildə Saatlı şəhərində vəfat etmiş və Saatlı şəhəri Ağarəhimli qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi bacısının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 şəxsiyyət vəsiqəsini, ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 21 yanvar 2025-ci il tarixli rəyini və X3 08 dekabr 2024-cü ildə Saatlı şəhərində vəfat etməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 15 iyul 1939-cu ildə Saatlı rayonunda doğulmuş X3 08 dekabr 2024-cü ildə Saatlı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 15 iyul 1939-cu ildə Saatlı rayonunda doğulmuş X3 08 dekabr 2024-cü ildə Saatlı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-287/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 03 mart 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 15 iyul 1939-cu ildə Saatlı rayonunda doğulmuş X3 08 dekabr 2024-cü ildə Saatlı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar