Məhkəmə qərarları › İş №2(055)-327/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-327/2025

28.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-327/2025 28.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının aktibi X11, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3.382 ha torpaq sahəsinin 1 hektarından cavabdeh X9 qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılması, 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X9 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Məhəmə iddiaçının ərizəsini qəbul edərək cavabdeh X13 əsl Cavabdeh ilə əvəz etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3.382 ha torpaq sahəsinin 0,483 hektarından Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Saatlı rayonu Şirinbəyli kəndində yerləşən 3.382 hektar kənd təsərrüfatı təyinatla torpaq sahəsi onun, X5, X7, X3, X1, X4, mərhumlar X2 və X6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 1 hektarını əkib becərmək üçün 2007-ci ildə X12 10 il müddətinə icarəyə vermişlər. X15 da icarə haqqı olaraq onlara həmin vaxt 200 manat pul və bir baş dana vermişdir. On il tamam olandan sonra X8 torpağıgeri qaytarmasını xahiş etmişlər. Hər dəfə də X15 dedi ki, növbəti ildə torpağı qaytaracaqdır. Sonradan isə məlum olmuşdur ki, X15 həmin torpaq sahəsini öz bacısı oğlu Cavabdeh qeyri-rəsmi olaraq satmışdır. Hazırda həmin torpaq sahəsini Cavabdeh əkib-becərir. X12 icarəyə verdikləri 1 hektar torpaq sahəsinin 0,517 hektar hissəsi qardaşı Asifin, 0,483 hektarı isə onundur. Onda olan məlumata əsasən Asif özünə məxsus olan 0,517 hektar hissəsini Cavabdeh satmışdır. Hazırda isə o, ümumi birgə mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinin özünə məxsus olan 0,483 hektar hissəsini özü əkib-becərmək istəyirəm. Həmin torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsini dayandıraraq oradan çıxmasını xahiş və tələb etsə də bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, iddianın təmin olunmasını xahiş edirəm. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaya etiraz edir. O, torpaq sahəsini dayısı X8 almışdır. İddiaçı torpaq sahəsinin pulunu verməyədə razıdır. Torpaq sahəsini hazırda onun istifadəsindədir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 oktyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********66 olan çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 3.382 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 oktyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 3.382 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətindədir. Cavabdeh İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan 3.382 ha torpaq sahəsinin 0.483 hektar hissəsini İddiaçı öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 oktyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 3.382 ha torpaq sahəsinin 0.483 hektar hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və cavabdeh həmin torpaq sahəsidən çıxarılmalıdır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat Saatlı rayon Vəkil bürosuna vəkilin xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 oktyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olan Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 3.382 ha torpaq sahəsinin 0.483 hektar hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsidən çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı cəmi 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar