Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-344/2025 17.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçi oğlunun iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X5 xx.xx.1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1981-ci ildə X11 ilə aralarında Saatlı rayonu Nərimanov kənd icra nümayəndəliyində 19 nömrəli nikah qeydə alınmışdır Birgə nikahlarından xx.xx.1994-cü ildə X10 adında oğlu anadan olmuşdur. X4 xx.xx.1994-cü ildə ev şəraitində vəfat etmişdir. X1 ölümü haqqında şəhadətnaməsinin verilməsi üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Saatlı rayon Qeydiyyat şöbəsindən ona bildirmişlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama lakin oğlu X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də ona sözügedən şöbə tərəfindən xx.xx.2024-cü il tarixdə oğlu X5 ölümünün qeydə alınmasından imtina edilməsi barədə rəy verilmişdir. X5 xx.xx.1994-cü ildə vəfat etməsi barədə kənd sakinlərinin iştirakı ilə akt tərtib olunmuşdur. Sözügedən akt Nərimanov kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən övladı X9 aid ölüm haqqında şəhadətnaməni ala bilmir. Bunun üçün X1 ölüm faktının müəyyən edilməsi lazımdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X10 onun həmkəndlisidir. Loğman Nərimanov kəndində ev şəraitində vəfat etmişdir. Onun dəfnində, yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 da digər şahid X3 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Nərimanov kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1994-cü ildə Saatlı rayonunun Nərimanov kəndində ev şəraitində vəfat etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli rəydən görünür ki, X5 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidin ifadəsindən göründüyü kimi ərizəçinin oğlu X10 xx.xx.1994-cü ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun oğlu X5 20 iyun 1994-cü ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 17 aprel 1994-cü il təvəllüdlü X5 20 iyun 1994-cü ildə Saatlı rayonu, Nərimanov kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-344/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-344/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver