Məhkəmə qərarları › İş №2(055)-374/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-374/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-374/2024 16.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək X4 14 noyabr 1999-cu il tarixdə Saatlı rayon Şirinbəy kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, X8 ərizəçinin qızıdır. X8 20 aprel 1995-ci ildə anadan olmuş, 14 noyabr 1999-cu ildə xəstəlik səbəbi ilə Saatlı rayon Şirinbəy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Həmin vaxt ərizəçi qızının ölümü haqqında şəhadətnamə almamış, hazırda da X4 ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmiş, lakin həmin orqanda ərizəçiyə izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi oğlu onun qonşusudur. Ərizəçinin qızı X8 14 noyabr 1999-cu ildə xəstəlik səbəbi ilə Saatlı rayon Şirinbəy kəndində vəfat etmiş və Saatlı rayonunun Şirinbəy kəndinin qəbiristanlağında dəfn olunmuşdur. O mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 digər şahid X1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı rayon Şirinbəy kənd İƏD üzrə nümayəndəliyinin 14 fevral 2024-cü il tarixli aktından görünür ki, mərhum X8 14 noyabr 1999-cu ildə vəfat etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli rəydən görünür ki, ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X8 14 noyabr 1999-cu ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi atasını ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı X4 14 noyabr 1999-cu ildə Saatlı rayon Şirinbəy kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 aprel 1995-ci il təvəllüdlü X4 14 noyabr 1999-cu ildə Saatlı rayon Şirinbəy kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlət f Sadı İş № 2(055)-374/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 aprel 1995-ci il təvəllüdlü X4 14 noyabr 1999-cu ildə Saatlı rayon Şirinbəy kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar