Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-388/2024 08.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30 yanvar 1954-cü il təvəllüdlü X5 26 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X7 ilə 17 may 1978-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər və birgə nikahlarından 09 yanvar 1980-ci il tarixdə X11, 21 fevral 1982-ci il tarixdə X3 və 04 dekabr 1984-cü il tarixdə X8 adlı övladları anadan olmuşlar. X15 26 aprel 2013-cü il tarixdə birgə yaşadıqları ünvan 1 ünvanında qəfil baş verən ürək tutması nəticəsində vəfat etmiş və həmin gün Saatlı rayonu Minbaşıllı qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxtlar dəfn mərasimi ilə əlaqədar işlərlə məşğul olduqlarından həkimə müraciət etməmiş və ölüm haqqında arayış almamışlar. O, ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, “ölüm haqqında tibbi şəhadətnamə” olmadığı üçün X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərinin ölümü haqqında şəhadətnamə ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq 30 yanvar 1954-cü il təvəllüdlü X5 26 aprel 2013-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. Ərizəçi da onun yaşadığı evin qarşı tərəfindəki evdə yaşayan qonşusudur. Ərizəçi əri Yaşar Əliyev təxminən 10-11 ildir ki, yaşadığı ünvanda ölmüşdür. Yaşar Əliyevin dəfn və yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin əri Yaşar Əliyev 2013-cü ildə ölmüş və Saatlı rayonu Minbaşıllı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində o da iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş X1 qəbirüstü abidəsinin fotoşəkillərindən görünür ki, abidənin üzərində X5 30 yanvar 1954-cü il tarixdə anadan olması, 26 aprel 2013-cü il tarixdə ölməsi barədə qeyd vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı bələdiyyəsinin 344 saylı arayışından görünür ki, X7 26 aprel 2013-cü il tarixdə Saatlı rayonu Minbaşıllı qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 26 aprel 2013-cü il tarixdə vəfat etmiş əri X5 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən X5 ölümünün qeydə alınmasından imtina olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, 17 may 1978-ci il tarixdə X7 ilə Baxşaliyeva (Əliyeva) Almaz Xələf qızı arasında nikah qeydi bağlanmışdır. İşdə olan “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, X7 30 yanvar 1954-cü il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində anadan olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X1 qəbirüstü abidəsinin fotoşəkilləri, Saatlı bələdiyyəsinin 344 saylı arayışı və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin əri X7 26 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanında ölmüşdür, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi ərinin ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X1 qəbirüstü abidəsinin fotoşəkillərini, Saatlı bələdiyyəsinin 344 saylı arayışını və şahid ifadələrini ərizəçinin əri X5 26 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun əri, 30 yanvar 1954-cü il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində anadan olmuş X5 26 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 30 yanvar 1954-cü il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində anadan olmuş X5 26 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-388/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-388/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver