Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-4/2023 27.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadələrinin dayandırılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları və 1500 manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Nərimankənd kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.63 ha olan hissəsindən Cavabdeh1 qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 1000 manat əldən çıxmış faydanın Cavabdeh1 alınıb ona verilməsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Nərimankənd kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.23 ha olan hissəsindən Cavabdeh2 qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 500 manat əldən çıxmış faydanın Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən JN- 0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Nərimankənd kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.63 ha hissəsi Cavabdeh1, qalan 0.23 ha hissəsi isə Cavabdeh2 qanunsuz istifadəsindədir. Dəfələrlə cavabdehlərə torpaq sahəsindən qanunsuz istifadələrini dayandırmalarını tələb etsə də, müsbət nəticə əldə edilmədiyini görüb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsinə buğda bitkisi əksəydi son üç il ərzində 1500 manat gəlir əldə olunardı. İddia tələbinin əsaslılığı ekspert rəyi ilə bir daha təsdiq olunur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən və hazırda istifadəsində olan torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur və bu barədə ona Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən JN-199, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bu hal ekspert rəyi ilə bir daha sübut olunur.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-199, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 2.85 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0203, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1,74 ha torpaq sahəsi Cavabdeh2 oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/612 nömrəli rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsində olduğu müəyyən edilməmişdir. Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Cavabdeh1 və onun ailə üzvlərinin adına verilmiş JN-199, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.85 ha torpaq sahəsi ilə üstüstə düşmür. Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsinin 0.23 ha hissəsi Cavabdeh2 istifadəsindədir. Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən Cavabdeh2 və onun ailə üzvlərinin adına verilmiş JN-203, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi ilə heç bir halda üst-üstə düşmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin rəyinə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsinin 0.23 ha hissəsi Cavabdeh2 istifadəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qismən əsaslı olması(Cavabdeh2 münasibətdə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/612 nömrəli rəyi ilə təsdiq olunur. MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçılar tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/612 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçı, həmçinin iddia tələbində əldən çıxmış faydaya görə Cavabdeh1 1000 manat, Cavabdeh2 Nuru oğlundan isə 500 manat pul tələb etsə də, iddia Cavabdeh1 münasibətdə rədd olunduğundan, digər Cavabdeh2 münasibətdə isə mötəbər sübutlar olunmadığından bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsinin 0.23 ha hissəsindən Cavabdeh2 qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0200, KOD 90809018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.86 ha torpaq sahəsinin 0.23 ha hissəsindən Cavabdeh2 qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat pul Cavabdeh2 alınaraq İddiaçı ödənilsin Məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli iə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-4/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-4/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver