Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-447/2025 16.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının aktibi X1, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətinə verilmiş 0.521 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılması, 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Saatlı rayonu Şirinbəyli kəndində yerləşən 0.521 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin torpaq sahəsini 2005-ci ildə əkib becərmək üçün 400 manat müqabilində cavabdehə müvəqqəti istifadə üçün vermişdir. Hazırda isə o, mülkiyyətində olan həyətyanı torpaq sahəsini özü əkib-becərmək istəyir. O, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsini dayandıraraq oradan çıxmasını cavabdehdən xahiş və tələb etsə də bunun heç bir nəticəsi olmamışdır. Odur ki, hüquqlarının bərpası üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək göstərdi ki, iddiaya etiraz edir. O, torpaq sahəsini 2003-cü il tarixdə 220 şirvan (köhnə Azərbaycan manatı) verərək iddiaçıdan almışdır. Lakin həmin torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 fevral 2025-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********31 olan çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 0.521 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 fevral 2025-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********31 olan çıxarışa əsasən Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 0.521 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı mülkiyyətində olan 0.521 ha torpaq sahəsidən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Cavabdeh İddiaçı iddia etdiyi 0.521 ha torpaq sahəsini birdəfəlik olaraq aldığını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 fevral 2025-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********31 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.521 ha torpaq sahəsini 2003-cü il tarixdə 220 köhnə Azərbaycan manatına iddiaçıdan aldığını göstərib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti 0.521 ha torpaq sahəsi hazırda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsidir. İddiaçının tələbi qanuni olduğundan onun tələbi məhkəmə qaydasında müdafiə olunmalı və iddia təmin edilməlidir. Cavabdehə isə izah olunur ki, torpaq sahəsinin alınmasına görə verdiyi pulu iddiaçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 fevral 2025-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********31 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 0.521 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və cavabdeh həmin torpaq sahəsidən çıxarılmalıdır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat Saatlı rayon Vəkil bürosuna vəkilin xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 fevral 2025-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********31 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 0.521 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsidən çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı cəmi 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-447/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-447/2025
16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver