Məhkəmə qərarları › İş №2(055)-463/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-463/2024

29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-463/2024 29.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 02 noyabr 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, doğma qızı X6 16 yanvar 1993-cü il tarixdə Saatlı rayonu Nabatkənd kəndində anadan olmuş, 02 noyabr 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində xəstəlikdən vəfat etmiş və Saatlı rayonu Nabatkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Qızının öldüyü vaxt onun ölümü haqqında tibbi şəhadətnamə almamışdır. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. O, Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qızı Rufanənin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölümün qeydə alınmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X2 02 noyabr 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi qızı təxminən 5-6 ay əvvəl, 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir və Saatlı rayonu Nabatkənd kəndində dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi Rufanə adlı qızı Bakı şəhərində vəfat etmişdir və Saatlı rayonu Nabatkənd kəndində dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon İcra Hakimiyyətinin Nabatkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X1, X4 müdiri X3, Saatlı Rayon İcra Hakimiyyətinin Nabatkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X13 və Saatlı Rayon İcra Hakimiyyətinin Nabatkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi X9 birlikdə akt tərtib edərək Saatlı rayon Nabatkənd kənd sakini 16 yanvar 1993-cü il təvəllüdlü X2 02 noyabr 2023-cü il tarixdə vəfat etməsini öz imzaları ilə təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 02 noyabr 2023-cü il tarixli 173 saylı arayışından görünür ki, 1993-cü il təvəllüdlü mərhum X2 meyiti 02 noyabr 2023-cü il tarixdə məhkəmə-tibb müayinəsindən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Meyit xarici müayinə olunmuş, Xəzər Rayon Prokurorluğunun müstəntiqi tərəfindən protokollaşdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 yanvar 1993-cü il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 06 mart 2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 02 noyabr 2023-cü il tarixdə vəfat etmiş X2 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən X2 ölümünün qeydə alınmasından imtina olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ölməsi faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X6 02 noyabr 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı, 16 yanvar 1993-cü il təvəllüdlü X2 02 noyabr 2023cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 16 yanvar 1993-cü il təvəllüdlü X2 02 noyabr 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar