Məhkəmə qərarları › İş №2(055)-484/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-484/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-484/2023 07.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 01 mart 1998-ci il tarixdə Saatlı rayonunun Qazanbatan kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qülsüm Laçınova onun qızıdır. X7 28 fevral 1996-cı ildə anadan olmuş, 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində vəfat etmiş və Saatlı rayonunun Şirinbəyli kəndinin qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt qızının ölümü haqqında şəhadətnamə almamış, hazırda da mərhum qızı-X2 ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmiş, lakin həmin orqanda ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Fakt təsdiqi ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, X7 onunla həmkəndli olmaqla yanaşı həm də yaxın qohum olmuşdur. X7 həqiqətən də 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində vəfat etmiş və Saatlı rayonunun Şirinbəyli kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 və X8 da digər şahid X1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı rayon Qazanbatan kənd İƏD üzrə nümayəndəsi X6, Saatlı rayon Qazanbatan kənd sakinləri X5 və X3 imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, mərhum X7 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində vəfat etmiş və Saatlı rayonunun Şirinbəyli kəndinin qəbristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli rəydən görünür ki, X2 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin qızı X7 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qızı X2 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 28 fevral 1996-cı il təvəllüdlü X2 01 mart 1998-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar