Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-51/2024 11.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi Məmmədov Xanbala Bəybala oğlunun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılmasl tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Mərkəzi bazar ünvanında ona məxsus 26.66 kv.m ölçüdə olan aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylı qərarı əsasında ona 5,4 x 4,6 metr ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərkəzi Kolxoz bazarının ərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələri Saatlı Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. Ayrılan torpaq sahəsi Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilmiş və həmin ərazidə öz vəsaiti hesabına 5,4 x 4,6 metr ölçüdə ölçüdə aptek binası tikdirmişdir. Buna baxmayaraq «Cavabdeh» yanlış olaraq 26,66 kvadrat metr sahədə inşa edilmiş aptek binasının X7 məxsus olmasını iddia edərək Saatlı Rayon Məhkəməsində iddia qaldırmış, həmin iddia tələbi Saatlı Rayon Məhkəməsi tərəfindən təmin edilərək Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən 1.1694 hektar torpaq sahəsinin 26.66 kv.m sahəsindən cavabdeh X2 qanunsuz istifadəsinin dayandırılması və onun torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi üzərində tikilmiş aptek binasının cavabdeh X2 hesabına sökülməsi qət edilsə də, sonradan həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilərək iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Ali Məhkəmə tərəfindən "xxxx" şirkətinin iddia tələbi əsassız hesab olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6614 nömrəli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək ona icarəyə verilmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr indən reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Bu hal da iddia tələbinin əsaslı olmasını bir daha təsdiq edir. Lakin qanuni qüvvədə olan məhkəmə aktlarına baxmayaraq, sahibi olduğu torpaq sahəsində inşa etdiyi aptekdən cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilə səbəbindən istifadə edə bilmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsi isə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı qanunsuz müdaxilənin qaldırılması tələbinə dair iddiası əsassızdır. Belə ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-505/2018 saylı qətnaməsinin ləğv edilmə səbəbi "xxxx" Şirkətinin əsl olmayan cavabdehə qarşı iddia qaldırmış olmasıdır. Yəni əsl cavabdehə qarşı iddia qaldırılmadığı üçün mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən aptek binası ilə əlaqədar işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Saatlı şəhəri, Heydər Əliyev prospektində 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə «Cavabdeh»nin adına daşınmaz əmlakın dövlət reyestrində 20 iyun 2008-ci il tarixdə qeydiyyata alınmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. X4 Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" şirkətinin cavabdeh X7 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan aptekin sökülməsi tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən mübahisəli aptek binasının yerləşdiyi torpaq sahəsi "xxxx" şirkətinin adına verilən çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən 1.1694 hektar torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən edilmişdir. Bu hal 30 oktyabr 2024-cü il tarixli, 10/6523 nömrəli ekspert rəyi ilə də təsdiq edilmişdir. İddiaçı Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək xx.xx.2023-cü il tarixli 6614 nömrəli icarə müqaviləsi bağlayaraq torpaq sahəsini icarəyə götürməsinə və bu barədə iddiaçıya reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilməsinə baxmayaraq, iddiaçı tərəfin iddia etdiyi aptek binasının yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədləri mövcud deyil. Çünki müvafiq koordinatlar yoxdur. "xxxx" şirkətinin mülkiyyətində olan torpaq sahəsinə dair isə həm çıxarış, həm də plan-ölçü sənədi mövcuddur. Eyni zamanda üçüncü şəxsin nümayəndəsi də aptek binasının yerləşdiyi torpaq sahəsinə dair müvafiq koordinatlar olmadığından plan-ölçü sənədinin verilməsinin mümkün olmadığını bildirir. Bu isə hazırki iddia tələbinin əsassızlığına dəlalət edir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1 izahatında göstərdi ki, 1998-ci ildə Saatlı şəhəri, Azərbyacan xiyabanında, yəni indiki Heydər Əliyev prospektində yerləşən keçmiş kolxoz bazarı "xxxx" şirkəti tərəfindən alınmış və bu barədə şəhadətnamə verilmişdir. 2000-ci ildə isə keçmiş Dövlət Əmlak Nazirliyi tərəfindən "xxxx" şirkətinə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. "xxxx" şirkəti də 2008-də sözügedən torpaq sahəsinə dair çıxarış almış və ilkin özəlləşdirmə anında Dövlət Əmlak Nazirliyi tərkibində olan Texniki inventarlaşdırma idarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur. Həmin vaxt özəlləşdirmə anında tətib olunmuş texniki pasportda olan göstəricilər(həm konfiqurasiya, həm də sahə etibarilə) elektron kadastr baza xəritəsinə daxil edilmişdir. 2023-cü ildə isə Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış və icarə hüququ qeydiyyata alınmışdır.Buna səbəb isə iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunması olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti yuxarı orqan olmaqla icarə müqaviləsi bağladığından 13 saylı Şirvan ərazi idarəsi tərəfindən həmin hüququn qeydiyyata alınmasından imtina edilə bilməzdi. Lakin icarə hüquqları qeydiyyata alınsa da, işin texniki hissəsini, yəni aptek binasının yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtina olunmuşdur. Çünki müvafiq koordinatlar mövcud deyil. Digər tərəfdən əgər bazaya bir dəfə məlumatlar işlənilibsə, ikinci dəfə yeni məlumatları işləmək mümkün olmur. Bu halda isə plan-ölçü sənədinin verilməsi də mümkün olmamışdır. Əgər "xxxx" şirkətinə verilmiş plan-ölçü sənədinə düzəliş edilərsə, bu halda aptek binasının yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi mümkün ola bilər. Odur ki, iddianın təmin və ya rədd edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97-12301, qeydiyyat tarixi 20 iyun 2008-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən 1.1694 hektar torpaq sahəsi (1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi) "xxxx" şirkətinin xüsusi mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6614 nömrəli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək İddiaçı icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 10/6523 nömrəli rəyindən görünür ki, Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışla İddiaçı dövlət mülkiyyətində olmaqla icarə hüquqları dövlət qeydiyyatına alınmış aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97-12301, qeydiyyat tarixi 20 iyun 2008-ci il, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 1.1694 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97-12301, qeydiyyat tarixi 20 iyun 2008-ci il, qeydiyyat nömrəsi ********** olan "xxxx" şirkətinin adına verilən çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən 1.1694 hektar torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi üst-üstə düşür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylı qərarı əsasında ona 5,4 x 4,6 metr ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmasına, Mərkəzi Kolxoz bazarının ərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələrinin Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilməsinə, ayrılan torpaq sahəsinin Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilməklə həmin ərazidə öz vəsaiti hesabına 5,4 x 4,6 metr ölçüdə ölçüdə aptek binası tikdirməsinə, Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək xx.xx.2023-cü il tarixli 6614 nömrəli icarə müqaviləsi bağlayaraq torpaq sahəsini icarəyə götürməsinə və bu barədə iddiaçıya reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilməsinə baxmayaraq cavabdeh "xxxx" şirkətinin aptek binasından istifadəyə qanunsuz müdaxilə etməsi nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanlarının məhdudlaşdırılmasına görə hazırki iddia tərləbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 10/6523 nömrəli rəyi, işdə iştirak edən şəxslərin izahatları və digər iş materialları ilə müəyyən edilmişdir ki, Saatlı şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən reyestr nömrəsi **********87, qeydiyyat tarixi 30 dekabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışla İddiaçı dövlət mülkiyyətində olmaqla icarə hüquqları dövlət qeydiyyatına alınmış aptek binasının yerləşdiyi 0.00294 ha torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97-12301, qeydiyyat tarixi 20 iyun 2008-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışla Araz-Şöhrət» şirkətinin xüsusi mülkiyyətində olan 1.1694 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməklə həmin torpaq sahəsinə dair elektron baza məlumatları mövcud deyil və bu səbəbdən də iddiaçınının sözügedən torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi həm cavabdehin xüsusi mülkiyyətində olan 1.1694 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin hüdudları daxilindədir, həm də həmin aptek binasının yerləşdiyi torpaq sahəsinin elektron baza məlumatları mövcud deyil. Belə olan halda isə iddia tələbi təmin edilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 95 manat təşkil etmiş və həmin xərc cavabdeh tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə mühəndistexniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu İddiaçı, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdehə aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdeh "xxxx" şirkətinə aid edilsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-51/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 11 dekabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi Məmmədov Xanbala Bəybala oğlunun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılmasl tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" şirkətinə qarşı aptek binasından istifadəyə cavabdeh tərəfindən törədilən qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdeh "xxxx" şirkətinə aid edilsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-51/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-51/2024
11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver