Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-628/2025 15.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Şirinbəyli kəndində anadan olmuş 02 iyul 1987-ci il təvəllüdlü X4 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qızı X6 02 iyul 1987-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində doğulmuş və 18 noyabr 1997-ci il tarixdə yaşadığı Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmişdir. Mərhum X1 rayonu Şirinbəyli kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Qızı Rəhimənin ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi X2na ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayonu Şirinbəyli kəndində anadan olmuş 02 iyul 1987-ci il təvəllüdlü X4 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə həmkəndli və qonşudur. Ərizəçini həmkəndli kimi yaxşı tanıyır. Onun mərhum qızı Rəhimə rəhmətə gedən vaxt kənddə olmasa da, mərhumun yas mərasimində iştirak etmişdir. Ona görə də təqsdiq edir ki, ərizçənin qızı X7 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə həmkəndli və qohumdur. X6 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində vəfat etmişdir və Şirinbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndilisidir. Ərizəçinin qızı 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmiş və Şirinbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. O da, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında arayışdan görünür ki, X6 02 iyul 1987-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X9r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısının Şirinbəyli kənd İƏD üzrə nümayəndəliyin möhürü ilə təqdiq edilmiş 08 aprel 2025-ci il aktdan görünür ki, Saatlı rayonu Şirinbəyli kəndində anadan olmuş 02 iyul 1987-ci il təvəllüdlü X4 18 noyabr 1997-ci il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində evdə xəstəlikdən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 09 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon X3 Rəhimə Müslüm qızının ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhəkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin qızı X6 02 iyul 1987-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş, 18 noyabr 1997-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində xəstəlikdən vəfat etmiş və Şirinbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X4 doğumu barədə şəhadətnaməni və X4 18 noyabr 1997-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində vəfat etməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 02 iyul 1987-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X4 18 noyabr 1997-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 02 iyul 1987-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X4 18 noyabr 1997-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-628/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 may 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 02 iyul 1987-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində doğulmuş X4 18 noyabr 1997-ci ildə Saatlı rayonu Şirinbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-628/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-628/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver