Məhkəmə qərarları › İş №2(055)-65/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-65/2024

27.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-65/2024 27.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, ödəmiş olduğu 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqının cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu, Qaracalar kəndində yerləşən 1.8046 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir.Hazırda cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə edir.Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən qanunsuz istifadələrini dayandırmasını tələb etsə də, müsbət nəticə olmamışdır. İddia tələbinin əsaslılığı ekspert rəyi ilə bir daha təsdiq olunur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, o və oğlu, yəni digər Cavabdeh2 iddiaçıya məxsus olan, Saatlı rayonu, Qaracalar kəndində yerləşən 1.8046 hektar torpaq sahəsinin hər hansı hissəsindən istifadə etmirlər. İddia tələbi əsassızdır. Həmçinin işə dair verilmiş ekspert rəyi ilə də razı deyil. Çünki ekspert ölçmə işlərini düzgün aparmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı rayonunun Qaracalar kəndində yerləşən 1.8046 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 10/3135 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsinin 0.1575 hektarı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı rayonunun Qaracalar kəndində yerləşən 1.8046 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı iddia etdiyi torpaq sahəsinin hər hansı hissəsindən istifadə etmədiklərini göstərsələr də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişlər. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 10/3135 nömrəli ekspert rəyi ilə müvafiq çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsinin 0.1575 hektarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehlər məhkəmə baxışı zamanı verdikləri izahatında ekspert rəyi ilə razılaşmadığını bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdehlər tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 10/3135 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsinin 0.1575 hektarından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsi dayandırılmalı və onlar həmin torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı, cəmi 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməli, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsinin 0.1575 hektarından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsi dayandırılsın və onlar həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 200(iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95(doxsan beş) manat xərc İddiaçı aid edilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-65/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 sentyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.8046 hektar torpaq sahəsinin 0.1575 hektarından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsi dayandırılsın və onlar həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 200(iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95(doxsan beş) manat xərc İddiaçı aid edilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar