Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-785/2024 18.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonunda anadan olmuş 1930cu il təvəllüdlü X5 18 aprel 1980-ci il tarixdə Saatlı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, anası 1930-cu il təvəllüdlü X9 18 aprel 1980-ci ildə Saatlı şəhərində yaşadıqları evdə vəfat etmiş, Saatlı rayonu Xələfli qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxtlar dəfn mərasimi ilə əlaqədar işlərlə məşğul olduqlarından heç kim həkimə müraciət etməmiş və ölüm haqqında arayış almamışlar. O, anasının ölümü haqqında şəhadətnamə alınması üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, “ölüm haqqında tibbi şəhadətnamə” olmadığı üçün X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda anasının ölümü haqqında şəhadətnamə ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də göstərdiklərini nəzərə alaraq 30 yanvar 1930-cu il təvəllüdlü X5 18 aprel 1980-ci il tarixdə Saatlı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdır. Mərhum anası X10 18 aprel 1980-ci il tarixində Saatlı şəhərində vəfat edib, Xələfli qəbristanlığında dəfn olunub. Anasının dəfn və yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır. X4 onun qaynanası idi, Əzizbəyim Cəbrayılova 18 aprel 1980-ci il tarixində vəfat edib. O zaman onun körpə qızı yeni doğulmuş idi. Məhrum Xələfli qəbristanlığında dəfn olunub. Mərhumun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndilisidir. X4 18 aprel 1980-ci il tarixində vəfat edib. Məhrum Xələfli qəbristanlığında dəfn olunub. Mərhumun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X2 ailəsi ilə yaxşı münasibətləri olmuş, məhrum 18 aprel 1980-ci ildə Saatlı şəhərində yaşadığı evdə vəfat edib. Məhrum Xələfli qəbristanlığında dəfn olunub. Mərhumun yas mərasimində o da iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 02 may 2024-cü il tarixli arayışından görünür ki, 01 dekabr 1962-ci il tarixdə X22 ilə X9 arasında Saatlı rayon qeydiyyat şöbəsində 155 nömrəli nikah qeydi bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 02 may 2024-cü il tarixli rəyindən görünür ki, X3 rayon Qeydiyyat X1 ölüm faktının təsdiq edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 07 iyun 2024-cü il tarixli arayışından görünür ki, X5 doğumun müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılova (Mahmudova) Hökümə Əlimusa qızı xx xxxxxx 1966-cı ildə Saatlı rayonunun Molday kəndində doğulmuşdur. X8, anası X7r. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Saatlı rayon Qeydiyyat Şöbəsinin 02 may 2024-cü il və 07 iyun 2024-cü il tarixli arayışları, rəyi və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin anası X9 18 aprel 1980-ci il tarixdə Saatlı şəhərində evdə ölmüşdür, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi anasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 07 iyun 2024-cü il tarixli Saatlı rayon Qeydiyyat Şöbəsinin ərizəçinin anası X5 doğumu barədə arayışını, X5 ölümünün qeydə alınmasından imtina haqqında 02 may 2024-cü il tarixli rəyini, nikah qeydinin bağlanması barədə 02 may 2024-cü il tarixli arayışını və X5 18 aprel 1980-ci il tarixdə Saatlı şəhərində evdə vəfat etməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun anası, 1930-cu il tarixdə Saatlı rayonunda anadan olmuş X5 18 aprel 1980-ci il tarixdə Evdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1930-cu il tarixdə Saatlı rayonunda doğulmuş X5 18 aprel 1980-ci il tarixdə Saatlı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-785/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-785/2024
18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver