Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-830/2023 17.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya şurasında maraqlı tərəf Maraqlı şəxs ilə aralarında bağlanmış və mediator M.A.Babayev tərəfindən təsdiq edilmiş 05 may 2023-cü il tarixli, MŞS/MT 023/2023-00883 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs ilə aralarında olan 18 saylı nikah qeydinin pozulması və birgə nikahlarından 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 22 yanvar 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 166 manat olmaqla, üç uşağın saxlanması üçün cəmi 500 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs ilə aralarında 05 may 2023-cü il tarixdə MŞS/MT 023/2023-00883 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ilə aralarında Saatlı rayonu Qıraqlı kənd icra nümayəndəliyində 07 iyul 2009-cu il tarixdə bağlanmış 18 saylı nikah qeydinin məhkəmə qaydasında pozulması və birgə nikahlarından 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 22 yanvar 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 166 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə razılıq əldə etmişlər. Lakin cavabdeh sazişin şərtlərini pozaraq aliment ödəməkdən yayınmışdır. Ona görə də, 05 may 2023-cü il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış 05 may 2023-cü il tarixli, MŞS/MT 023/2023-00883 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 07 iyul 2009-cu il tarixdə Saatlı rayonu Qıraqlı kənd icra nümayəndəliyində bağlanmış 18 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X5 06 avqust 2009-cu il tarixdə, X4 06 avqust 2009-cu il tarixdə, X6 22 yanvar 2012-ci il tarixdə anadan olmuşlar. Həmin uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 05 may 2023-cü il tarixli, MŞS/MT 023/2023-00883 saylı barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aralarında Saatlı rayonu Qıraqlı kənd icra nümayəndəliyində 07 iyul 2009-cu il tarixdə bağlanmış 18 saylı nikah qeydinin məhkəmə qaydasında pozulması, birgə nikahlarından 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 22 yanvar 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 166 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin 10 may 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs alınıb Ərizəçi verilməsi barədə razılıq əldə etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında nikahın məhkəmə qaydasında pozulması və aliment ödənilməsi ilə bağlı barışıq sazişi imzalanmışdır. Saziş əsasında Ərizəçi ilə Maraqlı şəxs aralarında Saatlı rayonu Qıraqlı kənd icra nümayəndəliyində 07 iyul 2009-cu il tarixdə bağlanmış 18 saylı nikah qeydinin məhkəmə qaydasında pozulması, birgə nikahlarından 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 22 yanvar 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 166 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin 10 may 2023cü il tarixdən başlayaraq Maraqlı şəxs alınıb Ərizəçi verilməsi barədə razılaşmışlar. Lakin barışıq sazişi imzalandığı andan saziş müəyyən səbəblərdən icra edilmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 05 may 2023-cü il tarixdə bağlanmış MŞS/MT 023/2023-00883 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 05 may 2023-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT 023/2023-00883 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-830/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-830/2023
17.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver