Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-89/2024 16.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 (bir) hektar hissəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Uzun müddətdir onun və ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahəsinin bir ha hissəsindən Saatlı rayon Dəllər kənd sakini Cavabdeh qanunsuz istifadə edir. O, cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəni dayandıraraq oradan çıxmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh onun mülkiyyətində olan 1,597 hektar pay torpaq sahəsinin 1 (bir) hektar hissəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh onun anasıdır. Onların hazırda istifadə etdikləri torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olmasından məlumatları olmamışdır. Lakin, sonradan bilmişlər ki, həqiqətən də istifadə etdikləri torpaq sahəsinin 0,38 ha hissəsi iddiaçıya aid torpaq sahəsidir. Hal-hazırda məhkəmə ekspertizasından sonra dəqiq bilir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 0,43 ha hissəsi cavabdeh (anası) Cavabdeh istifadə edir. Ona görə də iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,43 ha hissəsindən Cavabdeh çıxarılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4727 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,43 hektarı Cavabdeh, 0,58 hektarı isə X4 istifadəsindədir. Mütəxəssis rəyinə mübahisəli ərazinin yerqurluşu planı əlavə edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tərəflərin izahatları, daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyi, həmin rəyə əlavə edilmiş mübahisəli ərazinin yerqurluşu planı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4727 nömrəli ekspert rəyi ilə müəyyən edildi ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsinin 0,43 hektar hissəsindən Cavabdeh qanunsuz istifadə edir. İddiaçı iddianın təmin edilməsini tələb edir, cavabdehin nümayəndəsi isə iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,43 ha hissəsindən Cavabdeh çıxarılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar torpaq sahəsinin 0,43 hektar hissəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarımasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planında göstərilən 0,43 hektar hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahələrindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 18 mart 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan və 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4727 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 95 manat və məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu vəsaiti tutularaq iddiaçıya ödənilməli və ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1,597 hektar torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planında göstərilən 0,43 hektar hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu vəsaiti alınaraq İddiaçı ödənilsin və ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-89/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-89/2024
16.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver