Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-9/2023 12.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh iştirakı ilə, İddiaçınun cavabdehlər X2 və Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və dörd nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 2.60 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X1 əlavə cavabdeh olaraq işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 2.60 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdeh qanunsuz istifadə edir. Hal-hazırda isə mülkiyyətlərində olan torpaq sahəsini özləri əkibbecərmək istəyir. Bu səbəbdən də onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsini dayandıraraq oradan çıxmasını cavabdehlərdən tələb etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də iddianın təmin edillməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilən və JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 2.60 hektar torpaq sahəsinin 1.73 hektarını 3500 pul müqabilində almış, lakin rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamamışlar. Həmin torpaq sahəsi də hazırda özü və oğlu Elçin tərəfindən istifadə olunur. Torpaq sahəsinin alınmasına görə ödədiyi 3500 manat pul qaytarılmadığına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh digər cavabdeh X1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 2.60 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 10/1150 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli, 02 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0115, KOD 90808018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında olan Saatlı rayonu Məmmədabad kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.60 ha torpaq sahəsinin 1.73 ha hissəsi cavabdehlər X2 və Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 2.60 hektar torpaq sahəsi verilmişdir. Cavabdehlər X2 və Cavabdeh İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər X2 və Cavabdeh İddiaçı iddia etdiyi torpaq sahəsini birdəfəlik olaraq aldığını və onun mülkiyyəti olduğunu göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.60 ha torpaq sahəsinin 1.73 ha hissəsindən cavabdehlər X2 və Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və onlar, həmin torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 06 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşdə olan 08 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 102 manat təşkil etmişdir. İşdə olan 22 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 102 manat mütəxəssis rəyinin verilməsinə dair xərci ödəmişdir. İşə əlavə edilmiş 04 aprel 2023-cü il tarixli, 10/1150 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 102 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 302 manat cavabdehlər X2 və Cavabdeh tutulub İddiaçı verilməlidir. Ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlər X2 və Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2003-cü il tarixli 02 saylı qərarı ilə JN 0115, KOD 90808018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.60 ha torpaq sahəsinin 1.73 ha hissəsindən cavabdehlər X2 və Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və onlar həmin torpaq sahəsindən çıxarılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 102 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 302 (üç yüz iki) manat cavabdehlər X2 və Cavabdeh tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər X2 və Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-9/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-9/2023
12.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver