Məhkəmə qərarları › İş №2(055)-908/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-908/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-908/2025 23.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Qıraqlı kəndində anadan olmuş 13 fevral 1963-cü il təvəllüdlü Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qızı Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 13 fevral 1963-cü ildə Saatlı rayonu Qıraqlı kəndində doğulmuş və 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Mərhum Səfərova (Ziyadova) X7 rayonu Mustafabəyli kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Anası Naidənin ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi mərhum Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızına ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayonu Qıraqlı kəndində anadan olmuş 13 fevral 1963-cü il təvəllüdlü Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə həmkəndli və qonşudur. Ərizəçini həmkəndli kimi yaxşı tanıyır. Ərizəçinin mərhum anası Naidənin yas mərasimində iştirak etmişdir. Ona görə də təsdiq edir ki, ərizçənin anası Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçinin anası Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində xəstəlikdən vəfat etmiş və Mustafabəyli kənd qəbiristanlığında dəfn olunmuşdur, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında arayışdan görünür ki, Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 13 fevral 1963-cü ildə Saatlı rayonu Qıraqlı kəndində doğulmuşdur. X1, anası X2r. İşdə olan və məhkəmə iclasında elan edilmiş nakah haqqında arayışdan görünür ki, X6 və X5 arasında nikah qeydi 19 oktyabr 1981-ci ildə Saatlı rayon Qeydiyyat Şöbəsində 110 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qıraqlı Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş 08 may 2025-ci il arayışdan görünür ki, Saatlı rayonu Qıraqlı kəndində anadan olmuş 13 fevral 1963-cü il təvəllüdlü Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 09 fevral 2019-cu il tarixdə Saatlı rayonu Qıraqlı kəndində evdə vəfat etmiş, Mustafabəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 13 may 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon X3 (Ziyadova) Naidə Hüseynqulu qızının ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin anası Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızı 13 fevral 1963-cü ildə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş, 09 fevral 2019-cu ildə Saatlı rayonu Qıraqlı kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Mustafabəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi anasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının doğumu barədə arayışı və Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının 09 fevral 2019-cu ildə Saatlı rayonu Qıraqlı kəndində ölməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 13 fevral 1963-cü ildə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının 09 fevral 2019-cu ildə Saatlı rayonu Qıraqlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 13 fevral 1963-cü ildə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş Səfərova (Ziyadova) Naidə Hüseynqulu qızının 09 fevral 2019-cu ildə Saatlı rayonu Qıraqlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar