Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-96/2024 12.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X1 12 oktyabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X4 onun anasıdır. X16 24 oktyabr 1972-ci il tarixdə anadan olmuş, 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmiş və kənd sakinlərinin iştirakı ilə kənd qəbristanlığında dəfn olunmuşdur. Anasının öldüyü vaxt onun ölümü haqqında şəhadətnamə almamışdır. X9 ölüm faktının təsdiq edilməsi mərhumun ölümü haqqında şəhadətnamə alınması üçün ona lazımdır. O, Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, anası İlhamə Abbasovanın ölümünü təsdiq edən tibbi sənəd olmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, lakin həmin orqanda ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq X1 12 oktyabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisinin nəvəsidir. Ərizəçinin anası X4 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmiş, həmin kənddə dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisinin nəvəsidir. Ərizəçinin anası X4 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmiş, həmin kənddə dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 oktyabr 1972-ci il tarixdə anadan olmuşdur. Onun atası X7, anası X2r. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 07065138 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 24 oktyabr 1972-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Saatlı şəhəri İƏD üzrə nümayəndəsinin 28 noyabr 2023-cü il tarixli 2373 saylı arayışından görünür ki, X4 24 oktyabr 1972-ci il tarixdə anadan olmuş, 12 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölümün qeydə alınmasından imtina haqqında Saatlı rayon Qeydiyyat Şöbəsinin 29 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi ərizə ilə Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 12 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X1 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyindən X1 ölümünün qeydə alınmasından imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin anası X4 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi anasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun anası, 24 oktyabr 1972-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində anadan olmuş X1 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 24 oktyabr 1972-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində anadan olmuş X1 12 oktyabr 2021-ci il tarixdə Saatlı rayonu Seyidlər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-96/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-96/2024
12.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver