Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-966/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1946-cı ildə Saatlı rayonu Bəylər kəndində doğulmuş X3 23 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, əri X7 01 iyul 1946-cı ildə Saatlı rayonu Bəylər kəndində doğulmuş və 23 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində yaşadığı evdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. X1 ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin mərhumun ölümü barədə tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiqi mərhum X5 ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq 01 iyul 1946-cı ildə Saatlı rayonu Bəylər kəndində doğulmuş X3 23 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə həmkəndli və qonşudur. Ərizəçi onun əmisi arvadıdır. Mərhum əmisi X7 xəstəlikdən vəfat etdikdən sonra Bəylər və Əlisoltanlı kəndlərinə aid qəbiristanlığında dəfn edilmiş, yas mərasimində yaxından iştirak etmişdir. Ona görə də təsdiq edir ki, ərizçənin əri X7 23 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində yaşadığı evdə vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçinin əri X7 23 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində vəfat etmişdir və Əlisoltanlı kənd qəbiristanlığında dəfn olunmuşdur, mərhumun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin görünür ki, X7 01 iyul 1946-cı ildə Saatlı rayonu Bəylər kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nakah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi arasında nikah qeydi 25 dekabr 1970-ci ildə Saatlı rayon Qeydiyyat Şöbəsində 169 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş aktdan və fotoşəkildən görünür ki, Saatlı rayonu Bəylər kəndində anadan olmuş 01 iyul 1946-cı il təvəllüdlü X7 23 may 2025ci il tarixdə Saatlı rayonu Bəylər kəndində evdə vəfat etmiş, Əlisoltanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 03 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon Qeydiyyat Şöbəsinə X1 ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, 01 iyul 1946-cı ildə Saatlı rayonunun Bəylər kəndində doğulmuş ərizəçinin əri X7 23 may 2025-ci ildə Saatlı rayonu Bəylər kəndində yaşadığı evdə vəfat etmiş və Əlisoltanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi ərinin ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 23 may 2025-ci ildə Saatlı rayonu Bəylər kəndində ölməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 01 iyul 1946-cı ildə Saatlı rayonunun Bəylər kəndində doğulmuş X3 23 may 2025-ci ildə Saatlı rayonu Bəylər kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 iyul 1946-cı ildə Saatlı rayonunun Bəylər kəndində doğulmuş X3 23 may 2025-ci ildə Saatlı rayonu Bəylər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-966/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-966/2025
04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver