Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1106/2025 02.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuş X5 xx.xx.1995-ci il tarixdə xx.xx.1994-cü ildə Sabirabad rayonunun Yenikənd kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuş, xx.xx.1993-cü ildə Qəzli kənd sakini xx.xx.1970-ci il təvəllüdlü X2 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1994-cü ildə doğulmuş X10 xx.xx.1995-ci ildə Sabirabad rayonunun Yenikənd kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda torpağa aid dövlət aktı üzrə çıxarış alınmasından ötrü Sabirabad regional Asan Xidmət mərkəzində yerləşən notariat kontoruna müraciət etdikdə qızı X5 ölüm haqqında şəhadətnaməsi tələb edildiyi üçün o, Maraqlı şəxsnə müraciət etmiş və orada araşdırılaraq X5 adına ölüm haqqında akt qeydi aşkarlanmadığı üçün ona imtina barədə rəy verilmiş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qızı 1 yaşı olmamış 1995-ci ildə vəfat etmişdir. Uşağın adı Nənə idi. Uşaq vəfat edəndə o, Bakı şəhərində işləyirdi. Uşağın ölümündən 1-2 gün sonra o, kəndə gəlmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 1995-ci ildə Yenikənd kəndində kolxoz sədri işləyirdi. Həmin vaxt kənd sakini Adəmin 1 yaşı tamam olmamış övladı vəfat etmiş və kənd qəbisrtanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçi onun dayısı oğludur. Onun Nənə adlı qız uşağı bir yaşı olmamış may ayında vəfat etmiş və kənddə dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. Adəmin Nənə adlı övladı 1995-ci ilin may ayında vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-JQ No 295379 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X3 ilə xx.xx.1993-cü ildə ailə həyatı qurmuş, arvada Qəniyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.1994-cü ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X1r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.1995-ci ildə ölmüş X12 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunun Yenikənd kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Yenikənd kəndində doğulmuş X5 xx.xx.1995ci il tarixdə Sabirabad rayonunun Yenikənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X12 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1106/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1106/2025
02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver