Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1110/2025 14.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi “ ölüm faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: Ərizəçi, 13 dekabr 1995-ci ildə Sabirabad rayonu, Yenikənd kəndində anadan olan X2, 12 iyul 1996-cı ildə Sabirabad rayonu, Yenikənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəmyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla da, Ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən xüsusi icraat qaydasında olan işlərdə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Buradan görünür ki, ərizəçi ərazi aiddiyyatını pozmuş, ərizəni qeydiyyatda olduğu yerin məhkəməsinə deyil, Sabirabad Rayon Məhkəməsinə vermişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən ərizəçiyə izah edilməlidir ki, ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada olduğu yer üzrə məhkəməyə ikinci dəfə müraciət edə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi tərəfindən K0144013 nömrəli terminaldan 142213 saylı büdcə koduna, ********** saylı qəbz əsasında ödənilmiş 100( bir yüz) manat məbləğdə dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən K0144013 nömrəli terminaldan 142213 saylı büdcə koduna, ********** saylı qəbz əsasında ödənilmiş 100 ( bir yüz) manat məbləğdə dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-1110/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1110/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver