Məhkəmə qərarları › İş №2(056)-114/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-114/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-114/2023 17.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 və anası X4r. Atası 2016-cı ildən etibarən anası ilə birlikdə Xırdalan şəhərində M.Hüseynzadə küç. 1,bina 5, mən 32 ünvanında yaşamışdır. X1 xx.xx.2022-ci ildə saat təxminən 16:25 radələrində vəziyyəti pisləşmiş, təcili yardım çağırılanadək artıq vəfat etmişdir. Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin «ölüm səbəbi qrafasında-həkimə qədər ölüm, kişi cinsli meyit» qeyd edilmişdir. Onlar atasını Şıxlar kənd qəbirstanlıqda dəfn etmişlər. Maraqlı şəxsnə ölümün qeydə alınması üçün müraciət etdikdə xx.xx.2022-ci il tarixli məktubdan da göründüyü kimi ölümü təsdiq edən sənəd (forma 106) olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq və bu xüsusda mənzilləri ilə bağlı sənədləşmə işlərini həll etmək üçün zəruridir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2022-ci il tarixli, 05/781-76 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə 19 dekabr 2022-ci ildə daxil olmuş ərizəçi X3 «ölüm faktının müəyyən edilməsi» tələbi barədə 13 dekabr 2022-ci il tarixli 2(056)-2008/2022 saylı məhkəmə bildirişi ilə bağlı bildirilmşdir ki, 17 yanvar 2023-cü il tarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X5 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçinin atası, yəni onun qardaşı X6 qəfil xx.xx.2022-ci ildə ölmüşdür. Şıxlar kənd qəbirstanlığında dəfn etmişlər. Hadisə zamanı o da qardaşı evində olmuş, evdə Cəmil, Xalis və Cəmilin arvadı Xanım olmuşdur. Xanım yataq xəstəsi olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron MX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş «Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydalarına dair» Təcili və X7 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2022-ci il, xəstənin yanına gəlmə vaxtı saat «16» saat «25» ünvan Xırdalan şəhəri M.Hüseynzadə bina 5, mənzil 32, xəstənin S.A.A X6, ölümün ilkin səbəbi həkimə qədər ölüm kişi cinsli meyit, meyit üzərində heç bir zorakılıq əlaməti yoxdur. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 403 saylı arayışdan görünür ki, mərhum X6 17 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonu Şıxlar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına həmçinin məzarın fotoşəkilləri əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində vəfat etməsi faktını müəyyən etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu Mürsəlli kəndində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. edilsin. Hazırkı qətnamə X6 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar