Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1142/2024 27.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş qardaşı X2 xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Qaralar kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. Qardaşı Nicat xx.xx.1990-cı ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuşdur. X1 və anası X3r. Onların hər ikisi vəfat etmişlər. Nicat da xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Qaralar kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin həyata keçirilə bilməsi üçün zəruridir. Belə ki, torpaq aktında qardaşının adı qalmaqdadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 ərizəçinin əri olduğunu qeyd edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X4 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Digər qardaşı da Nicat olmuş, Nicat at arabasından yıxılmış, vəziyyəti ağır olduğu üçün Semaşko adlanan xəstəxanaya aparmışlar. Orada 3 gün qaldıqdan sonra vəziyyətinin daha da ağırlaşdığını görüb rayona gətirmişlər. Nicat xx.xx.2004-cü ildə Qaralar kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi və Nicat onun qaynı oğullarıdır. Nicat xx.xx.2004-cü ildə Qaralar kəndində at arabasından yıxılmanın nəticəsində ölmüş, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Vəfadarın qardaşı Nicat 2004-cü ildə at arabasından yıxılmış, bir neçə gün sonra ölmüşdür. Nicat Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-05/08-xxxx/2023 saylı məktubdan görünür ki, xx.xx.2004-cü ildə ölmüş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1990-cı ildə anadan olmuş X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarına həmçinin X2 məzar daşının fotoşəkli əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Qaralar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu Qaralar kəndində doğulmuş X2 xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Qaralar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1142/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1142/2024
27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver