Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-125/2023 18.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X13 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə Sabirabad rayonunun Quruzma kəndində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Yenikənd kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X4 ilə ailə qurmaqla evlənmiş, onların birgə nigahlarından 4 uşaqları anadan olmuşdur. xx.xx.1996-cı il tarixdə anadan olmuş X11 adlı oğlu 17 sentyabr 1998-ci il tarixdə ümumi xəstəlikdən vəfat etmişdir. X12 rayonu, Yenikənd kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Lakin savadsız olduqlarından ölüm qeyd edilməmiş və bu barədə şəhadətnamə almamışlar. Onlara aid olan torpaq sənədində X3 da adı qeyd edilmişdir. Sənədləşmə işi aparıldıqda Məhəmmədin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşmə işini apara bilmirlər. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2022-ci il tarixli, 05/780-76 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə 19 dekabr 2022-ci ildə daxil olmuş Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə 14 dekabr 2022-ci il tarixli 2(056)-2043/2022 saylı məhkəmə bildirişi ilə bağlı bildirilmşdir ki, 18 yanvar 2023-cü il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X15 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu X7 2 yaşında idi və sudurqa xəstəliyindən xx.xx.1998-ci ildə ölmüşdür. Sabirabad rayonu Yenikənd kəndində qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X14 ərizəçi ilə həmkəndli olduğunu bildirərək, digər şahid X8 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx- 1038 saylı arayışdan görünür ki, X7 0.02.1996-cı ild Sabirabad rayonu Quruzma kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Quruzma KİN-də xx.xx.1996-cı il tarixdə 34 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi və anası X1r. Bu barədə XİX- JQ 392730 nömrəli doğum haqqında şəhadətnamə verlmişdir. Vİ-JQ No 353241 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 ilə xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1161 saylı arayışdan görünür ki, Sabirabad rayonu Yenikənd kənd sakini (hal hazırda Axısxa kəndində qeydiyyatdadır) Ərizəçi və X4 ilə nikahlarından xx.xx.1996-ci il tarixində X7 anadan olmuş, xx.xx.1998-ci il tarixində vəfat etmiş və Sabirabad rayonu Yenikənd kənd qəbirstanlığında dəftı olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayon Quruzma kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu Quruzma kəndində doğulmuş X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Yenikənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X7 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-125/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-125/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver