Məhkəmə qərarları › İş №2(056)-1251/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1251/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1251/2025 08.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1174 manat borc pul və 33 manat iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, həmin ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar ərizəyə öz şəxsiyyət vəsiqlərinin surətlərindən başqa heç bir sənəd əlavə etməmişlər. Bununla da, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 -cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar