Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1401/2025 14.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X16 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1nun xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,o, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, doğulduğu vaxtdan bu günə kimi valideynlərinə məxsus Sabirabad rayonunun Kürkəndi kəndindəki evdə yaşamışdır. X4 xx.xx.2024-cü il tarixdə, atası X7 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. Onlara dair ölüm haqqında şəhadətnamə mövcuddur. Onlar ailədə iki qardaş olmuşlar. X1 isə doğumundan 11 ay sonra, yəni xx.xx.1996-cı ildə ölmüşdür. Lakin valideynlərinin hüquqi savadı olmadığından ona dair ölüm haqqında şəhadətnamə almamışlar. Qardaşının adına ölüm haqqında şəhadətnamənin alınması ona vərəsəlik haqqında şəhadətnamə almaq üçün zəruridir. O, ata evində otuz ildən artıqdır ki, yaşayır. Qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün o, ilk əvvəl Maraqlı şəxsnə müracət etmiş, araşdırma zamanı qardaşının adına ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Halbuki, iş materiallarına əlavə etdiyi baş daşında olan fotodan da görünür ki, qardaşı X6 xx.xx.1996-cı ildə vəfat etmişdir. Bu barədə şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X9 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun uşaqlıq dövründən qonşusudur. Qasımın qardaşı səhv etmirsə 1995-ci ildə anadan olmuş, 1996-cı ildə isə ölmüşdür. Dəfni o, etmişdir. Uşaq Kürkəndi kənd qəbirstanlığında dəfn edilmişdir. Onların evləri arasında təxminən 200-300 metr məsafə vardır. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ərizəçi onun qaynı oğludur. Səhv etmirsə ya 1993, ya da 1995-ci ildə qaynının Nəcməddin adına övladı olmuş, 8-9 ay sonra xəstəlikdən vəfat etmişdir. Onlar həm də qonşudurlar. Uşaq Kürkəndi qəbirstanlığında dəfn edilmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, ərizəçi onun qardaşı oğludur. Qardaşı Ehtiramın 1995-ci ildə Nəcməddin adında övladı anadan olmuş, 1996-cı ildə xəstəlikdən vəfat etmişdir. Onlar həm də qonşudurlar. Uşaq Kürkəndi qəbirstanlığında dəfn edilmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X2 Nailə Məmət qızı ilə xx.xx.1991-ci ildə ailə həyatı qurmuş, arvada Nərimanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuşdur. Onun atası X7, X4dır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1995-cü ildə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuşdur. Onun atası X7, X4dır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2017-ci ildə Sabirabad rayon Kürkəndi kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X14 oğlu xx.xx.2024-cü ildə Sabirabad rayon Kürkəndi kəndində ölmüşdür. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt və məzarın fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1995-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş X3 xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1401/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1401/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver