Məhkəmə qərarları › İş №2(056)-1450/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1450/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1450/2024 29.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməy müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsində mülki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh yaşayış yeri Sabirabad şəhəri, H.əliyev prospekti 15 , mənzil 23 olduğu qeyd olunsa da, iş materiallarından müəyyən olur ki, onun pasport qeydiyyatı üzrə qeydə alındığı yer Bakı şəhəri, Nərimanov rayonu, H.Həmidov küşəsi 9 ünvanı göstərilmişdir. İddiaçı bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci və 151ci maddələrinin tələblərinə əməl etməməmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qeri qaytarır. İddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması üçün əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 152, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılması üçün əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar