Məhkəmə qərarları › İş №2(056)-1528/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1528/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1528/2024 12.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Cavabdeh maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Cavabdeh maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuş əri X5 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X9 onun əridir. Əri Ayaz xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. Onlar xx.xx.1993-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Ayaz xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində beyninə qansızma nəticəsində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra subaylığı barədə şəxsiyyət vəsiqəsində dəyişiklik etdirmək üçün zəruridir. Belə ki, hazırda o, evli olaraq göstərilməkdədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin etiraz etməməsini nəzərə alaraq işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı arvadıdır. Qardaşı Ayaz xx.xx.1998-ci ildə vəfat etmiş, həmin zaman onun 20 yaşı olduğu üçün Ayazın ölüm səbəbini dəqiq bilməmişdir. Ayaz Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. Qardaşı Ayaz xx.xx.1998-ci ildə təzyiqinin qalxması nəticəsində vəfat etmiş, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qaynı arvadı, Ayaz isə qaynıdır. Qaynı Ayazxx.xx.1998-ci ildə təzyiqinin qalxması nəticəsində vəfat etmiş, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-JQ No 295331 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Natavan Gülmirzə qızı ilə xx.xx.1993-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuş X5 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində vəfat etmişdir. İş materiallarına həmçinin X5 məzar daşının fotoşəkli əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuş X5 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuş X5 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X9 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar