Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1595/2025 22.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cw ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuş və həmin kənddə yaşamış X2 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Həşimxanlı kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Hacıqabul rayonunun Abdulabad kəndində anadan olmuşdur. xx.xx.1992-ci ildə Sabirabad rayonunun Həşimxanlı kənd sakini X3 ilə rəsmi nikah bağlamış, onların birgə nikahından xx.xx.1992-ci ildə Cavid, xx.xx.1994-cü ildə Vüsal və xx.xx.1999-cü ildə Əfsanə adlı uşaqları doğulmuşdur. xx.xx.1994-cü il təvəllüdlü oğlu Vüsal, 31 dekabr 2024-cü ildə qəfil ev şəraitində vəfat etdi. Həmin vaxt təcili yardım gəlməməsi səbəbindən ölümü qeydiyyatda alınmamışdır. Sonradan o, Sabirabad Mərkəzi Rayon X4 şəxsə müraciət etsə də, ona oğlunun ölümü barədə məlumat verilmədiyindən, xəstəxanada qeydiyyata alınmadığından, onun ölməsi faktı barədə elektron sistemə məlumat daxil edə bilməmişlər. Məcbur qalaraq Maraqlı şəxsnə müraciət etməli olmuşdur. Qeydiyyat şöbəsindən də ona bildirilmişdir ki, elektron sistemdə oğlunun ölümü ilə əlaqədar müvafiq məlumatlar daxil edilmədiyindən, ölüm faktını qeydə ala bilməmişlər. Hal – hazırda evin və torpaq sahəsinin sənədləşdirilməsi üçün oğlunun ölümünün qeyd edilməsi onun üçün vacibdir, çünki torpaq aktında onun payçı kimi adı mövcuddur. Bu səbəbdən də ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əri hazırda Rusiyadadır ona görə də məhkəmə prosesində o iştirak edir. Oğlunun böyrək çatışmazlığından əziyyət çəkdiyini, subay olduğunu və xx.xx.2024-cü ildə evdə vəfat etdiyini qeyd edən ərizəçi ev və torpaq sahəsinin sənədlərinin hazırlanması üçün onun ölümünün qeyd edilməsinin məhkəmə qaydasında təsdiq edilməsinə zərurət vardır odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid2 şahid qismində ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur və Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayır. Ərizəçi ərinin Rusiyada yaşadığını qeyd edən Şahid2 bildirdi ki, Vüsal qızdırmadan yatırdı, hətta, Vüsalı xəstəxanaya da o aparmışdır. Vəziyyəti ağır olduğundan Bakıya aparsalar da, nəticəsiz qalmışdır. xx.xx.2024-cü ildə evdə olanda Vüsalın vəfat etdiyi xəbərini almış, dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir, Həşimxanlıda bir kənddə yaşayırlar. Vüsalı yaxşı tanıdığını və onun dəfnində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı Şahid3 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçi onun anası, vəfat edən Vüsal isə qardaşıdır. O, qardaşının qızılca xəstəliyinə yoluxduğunu və bu səbəblə ona sistem iynələri vurulduğunu, müalicə zamanı böyrəklərinin fəaliyyətini dayandırdığını bildirirək onun xx.xx.2024-cü ildə böyrək çatışmazlığından evdə vəfat etdiyini və Həşimxanlı kənd qəbirstanlğında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-JQ 371721 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1992-ci ildə X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, arvada Əhədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1994-cü ildə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuşdur. Onun atası X3, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 16-05/17-xx-xx/2025 saylı rəydən görünür ki, xx.xx.2024-cü ildə ölmüş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin akt və məzarın fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Həşimxanlı kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Həşimxanlı kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Həşimxanlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X6 barədəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər ismayılov
Məhkəmə qərarları › İş №2(056)-1595/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1595/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver