Məhkəmə qərarları › İş №2(056)-1660/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1660/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1660/2025 14.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı ildə Sabirabad rayonunun Çöl-Dəllək kəndində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunun Çöl-Dəllək kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun atası, X8 isə onun anasıdır. X2 xx.xx.1998ci ildə Sabirabad rayonunun Çöl-Dəllək kəndində ürək çatışmamazlığı nəticəsində vəfat etmiş və Şirvan şəhər qəbirstanlığında dəfn edilmişdir. Bu günə kimi atasının adına ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq ölüm haqqında şəhadətnamənin mülkiyyətlərində olan torpaq sahəsi üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi üçün lazım olduğunu bildirin ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. O, əmisi Əlifağanın ölüm tarixini dəqiq xatırlamır. Lakin bilir ki, əmisi vəfat edərkən 60-65 yaşı olardı. Əmisi ürək xəstəsi idi. Əmisi yaşadıqları Çöl-Dəllək kəndində vəfat etmiş, Şirvan şəhərində dəfn edilmişdir. O, dəfndə iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid3 Canəli oğlu bildirdi ki, ərizəçi onun qonşusudur. Onların evləri arasında təxminən 200 metr məsafə vardır. Ərizəçinin atası Əlifağa 1998ci ildə yaşadıqları Çöl-Dəllək kəndində ürək xəstəliyindən vəfat etmiş və Şirvan şəhərində dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Müslümün atası Əlifağa ürək xəstəsi olmuş, 1998-ci ildə yaşadığı Çöl-Dəllək kəndində vəfat etmişdir və Şirvan şəhərində dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X1 Əprus Savad qızı ilə xx.xx.1963-cü ildə ailə həyatı qurmuş, arvada Mütəllimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Sabirabad rayonunun Çöldəllək kəndində anadan olmuşdur. Onun atası X6, anası X7r. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt, məzarın fotoşəkilləri və Sabirabad RİH-nin Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1940-cı il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunun Çöl-Dəllək kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il tarixdə Sabirabad rayonunun Çöl-Dəllək kəndində anadan olmuş X3 xx.xx.1998ci il tarixdə Sabirabad rayonunun Çöl-Dəllək kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar