Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1666/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “qalıq əmək haqqının ödənilməsi, işçinin təqsiri olmadan boşdayanma hallarına görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə əmək qanunvericiliyi çərçivəsində xitam verilməklə son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı “qalıq əmək haqqının ödənilməsi, işçinin təqsiri olmadan boşdayanma hallarına görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə əmək qanunvericiliyi çərçivəsində xitam verilməklə son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə ünvanlandığı üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı Mediasiya orqanına müraciət etmədən məhkəməyə müraciət etmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikasının MPM-in MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-in 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “qalıq əmək haqqının ödənilməsi, işçinin təqsiri olmadan boşdayanma hallarına görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə əmək qanunvericiliyi çərçivəsində xitam verilməklə son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1666/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1666/2025
13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver