Məhkəmə qərarları › İş №2(056)-1679/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1679/2024

03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1679/2024 03.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00707 nömrəli barışıq sazişinin bir hissəsi olan, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb Ərizəçi verilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Sabirabad 1 saylı X2 Vüqar Əlisəfər oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X3 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Həmin sazişlə uşaqlar onun himayəsində qalmaqla ikinci tərəf V.Ə.Mirozyevdən hər ay hər uşaq üçün 75 manat olmaqla cəmi 150 manat alimentin tutularaq ona verilməsi, həmçinin, V.Ə.Mirozyevin hər ayın istənilən günləri azyaşlılarla ünsiyyət quracağı ilə razılaşaraq öhdəlik götürmüşdür. V.Ə.Mirozyev barışıq sazişində razılığa gəldikləri kimi uşaqların saxlanılması üçün aliment ödəməyərək barışıq sazişinin şərtlərini pozur. Bütün bunları nəzərə alıb məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 Ərizəçi himayəsində saxlanması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi və Maraqlı şəxs azyaşlı uşaqları ilə günün istənilən vaxtında görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT023/2024-00707 saylı barışıq sazişi xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb Ərizəçi verilməsi hissəsində təsdiq edilməsi hissəsində məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00707 nömrəli barışıq sazişinin bir hissəsi olan, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb Ərizəçi verilməsi hissəsində məcburi icrası üçün təsdiq edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar