Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1704/2024 23.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, arvadı, X2 2021-ci il avqust ayının 20-də vəfat etməsi faktının müəyyən edilməsi və bu barədə ölüm aktı qeydinin aparılmasının X3nə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası, iki az yaşlı uşağı və qardaşı, 27 yaşlı Teymurla birlikdə yaşayırdı. Qardaşı Teymurun psixi xəstəliyi ilə bağlı 2021-ci ilin fevral-mart aylarında Salyan narkoloji dispanserində müalicə almışdır. Onun xəstəliyi son iki-üç aydır ki, şiddətlənmişdir. Belə ki, Teymur ancaq evə qapanır, yemək yemir, heç kəsi dindirmir, öz-özünə danışır. Teymur ancaq axşamlar həyətə çıxır, həyətdə üzüm yeyir, toyuq kəsib kabab edib yeyir, lakin anasının hazırladığı yeməkləri yeməkdən imtina etmişdir. Teymur narkotik istifadəçisi olduğu üçün psixi problemlər yaşamışdır. Buna görə də anası xx.xx.1971-ci il təvəllüdlü X5 bu sterslərə dözməyərək özünü yaşadıqları evin həyətində asaraq öldürmüşdür. Bu barədə Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından da görünür ki, X2 özünü öldürməsi barədə daxil olmuş məlumat əsasında toplanmış 136C-21 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti ona göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəmə şikayət vermək hüququnun olması izah edilməsi, hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş kəndir maddi sübut qismində tanınaraq məhv edilməsi və materialın saxlanılması üçün Sabirabad rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Yaşadıqları ev və torpaq sahəsi X1nın adına olmuşdur. X1 xx.xx.2021-ci vəfat etmişdir. Vəfat edənə qədər anası ilə birlikdə yaşamış, vəfatından sonra onun dəfnində və hüzr məclisində iştirak etmişdir. Hüquqi savadları olmadığından anasına ölüm haqqında arayış almamışlar. Anasının ölüm səbəbi özünə qəsd etmə olmuşdur. Anasının vəfatından sonra da həmin yaşayış evində yaşamış və hazırda da yaşamaqdadır. 2 ildən artıqdır ki, anasız həmin yaşayış evində o və ailə üzvləri ilə birlikdə yaşayırlar. Anasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müvafiq sənədləri toplayarkən məlum olmuşdur ki, X1nın ölüm faktı qeydə alınmamışdır. Bu barədə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/xx-xx/2022 saylı «Ərizəçi Mail oğluna X1nın ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən omtina etmək barədə» rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1971-ci ildə Sabirabad rayonunun Qalaqaym kəndində anadan olaraq Sabirabad rayonun Qaratəpə kəndində yaşamış və xx.xx.2021-ci ildə yaşadığı kənddə özünü asaraq intahar etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Halbuki iş materiallarına əlavə etdiyim baş daşında olan fotosundan və aktdan da görünür ki, X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bunu təsdiq edəcək şahidləri var, onları da məhkəmə iclasına gətirəcəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi qardaşı oğludur. Əlinin anası Nigar 2021-ci ildə digər oğlu Teymurun narkotik audəçisi olmasından psixoloji sarsıntı keçərək intihar etmişdir. O da bir qohum kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı Şahid3 şahid qismində ifadə verərək bildirdi ki, o, Sabriabad rayon Qaratəpə kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. Nigarın ölümündən xəbər tutuan kimi birinci qurum olaraq onlar olmuşlar. O da dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Qohum deyildir. Hadisə günü eşitmiş və orada yası bir molla kimi o idarə etmiş və mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səyyar-Asan-2 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE 14906876 nömrəli «Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi»nin surətindən görünür ki, X5 xx.xx.1971-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuşdur və Sabirabad rayonu, Qaratəpə kəndində yaşayış qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından da görünür ki, X2 özünü öldürməsi barədə daxil olmuş məlumat əsasında toplanmış 136C-21 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti ona göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəmə şikayət vermək hüququnun olması izah edilməsi, hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş kəndir maddi sübut qismində tanınaraq məhv edilməsi və materialın saxlanılması üçün Sabirabad rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/xx-xx/2022 saylı məktubdan görünür ki, xx.xx.2021-ci ildə ölmüş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına həmçinin X2 fotoşəklinin və məzar daşının fotoşəklinin surəti əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-1704/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1704/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver