Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1706/2025 14.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci ildə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş X6 xx.xx.1968-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X11 xx.xx.1967-ci ildə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş, 8 aylığında, yəni xx.xx.1968-ci ildə vəfat etmişdir və Sabirabad rayonunun Osmanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Qeyd edilənlər Sabirabad RİHB-nin Çıxsalahlı KİN tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli aktla da təsdiq olunur. Qardaşının adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Sabirabad Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qardaşının adına ölüm haqqında şəhadətnamə verilməkdən imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Onun valideynləri vəfat etdiyindən və qardaşı İlqar Paşayevin məzar yeri itdiyindən fotoşəkilini təqdim etmək mümkün olmamışdır. Faktın təsdiqi mərhum valideynlərindən miras qalmış evlə bağlı vərəsəlik məsələlərinin həlli üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə maraqlı şəxs Sabirabad rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Onlar uzun illərdir ki, qonşudurlar. X5 əvvəl bir oğlu olmuş, 6-7 aylıq olardı ki, vəfat etmişdir. Uşaq Osmanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ərizəçi onun qonşusudur. Onlar 1964-cü ildən qonşudurlar. Yegibarın bir qardaşı olmuş və həmin uşaq 1968-ci ildə vəfat etmişdir. Həmin uşaq qonşusu Qədirin ilk övladı idi. Vəfat edərkən bir neçə aylıq olmuşdur. Uşaq Osmanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Əlibaba oğlu bildirdi ki, ərizəçi onun qonşusudur. Qonşusu Qədirin ilk övladı az yaşı olan zaman vəfat etmiş və Osmanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan evlənmək haqqında arayışdan görünür ki, X1 Məsdan Məmmədəli qızı ilə xx.xx.1967-ci ildə ailə həyatı qurmuş, arvada Paşayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Onun atası X12, anası X2r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1967-ci ildə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuşdur. Onun atası X12, anası X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı ildə Sabirabad rayon Osmanlı kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X4 oğlu xx.xx.2016-cı ildə Sabirabad rayon Osmanlı kəndində ölmüşdür. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü X6 xx.xx.1968-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş X6 xx.xx.1968-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X11 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1706/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1706/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver